Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-172/2025 27.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Kürdəmir rayon polis şöbəsinin DYPB-nin inzibati binasına gətirilərkən ictimai yerdə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini qismən etiraf edərək izahatında bildirdi ki, 26 yanvar 2025-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi ilə əlaqədar Kürdəmir RPŞ-nin DYPB-nin inspektoru Samir Məmmədovun xidməti otağına getmiş və avtomobilinə dəymiş 1500 manat ziyanın ödənilməsini tələb etmişdir. Samir Məmmədov ona bildirmişdir ki, yol nəqliyyat hadisəsi törədən digər şəxsin sığortası olmadığına görə dəymiş ziyanın yarısını ödəməyə razıdır. Verilmiş cavab onu qane etmədiyinə görə əsəbiləşmiş və ucadan nalayiq ifadələrlə öz etirazını bildirmişdir. Onun səsinə qonşu otaqda oturan əməkdaşlar da oraya gəlib onu skitləşdirməyə çalışmış, lakin ona dəymiş ziyanın tam olaraq ödənilməsi təmin edilmədiyindən hadisəni törədən şəxsin və sığorta təşkilatından gələn şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Dövlətin və polisin ünvanına söyüş söyməmişdir. Samir Məmmədovun ünvanına qarğış xarakterli ifadələr işlətmişdir. Əməlindən peşmandır və nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ DYPB-nin YNH üzrə baş inspektor vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Kürdəmir rayon polis şöbəsinin DYPB-nin inzibati binasında öz xidməti otağında olarkən Şəxs iş otağına daxil olaraq xx.xx.2025-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi ilə əlaqədar gəldiyini bildirib avtomobilinə dəymiş ziyanın ödənilməli olduğunu bildirib, dövlətin və polisin ünvanına nalayiq ifadələr işlədərək iş fəaliyyətini pozmuş, onun səsinə qonşu otaqlarda oturan Kürdəmir rayon polis şöbəsinin DYPB-nin inspektoru Ruslan Talıbov və polis əməkdaşı Adıgözəl İmanov ora gəlmiş və Şəxs nizam-intizama dəvət etsələr də heç bir nəticəsi olmadığından, polis şöbəsinə zəng edərək post-patrul xidmətinin əməkdaşlarını ora dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ DYPB-nin inzibati təcrübə üzrə baş inspektor vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Kürdəmir rayon polis şöbəsinin DYPB-nin inzibati binasında öz xidməti otağında olarkən qonşu otaqda Kürdəmir RPŞ DYPB-nin YNH üzrə baş inspektoru Samir Məmmədovun iş otağında səs-küyü eşidib ora getmiş, uca səslə ünvansız söyüş söyən Kürdəmir rayon sakini Şəxs sakitləşdirməyə çalışmış, onu nizam-intizama dəvət etsə də heç bir nəticəsi olmamışdır. Bundan sonra Samir Məmmədov polis şöbəsinə zəng edərək post-patrul xidmətinin əməkdaşlarını ora dəvət etmiş və Şəxs polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ DYPB-nin polis əməkdaşı X2 da şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və onunla eyni məzmunda ifadə vermişdir. Şəxs oğlunun törətdiyi inzibati xəta özünün qismən etirafı, şahidlərin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İşə əlavə edilmiş, Kürdəmir Rayon Məhkəməsinin hakimi Xaliq İmanovun xx.xx.2024-cü il tarixli 3(041)-422/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində yeddi gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İXM-nin 33.1.2-ci maddəsinə görə məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, AZA000572 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18.00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, əməlində məsuliyyətini ağırlaşdıran halın olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu 26 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-172/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-172/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver