Məhkəmə qərarları › İş №3(041)-174/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-174/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-174/2025 13.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücülük fəaliyyyəti ilə məşğul olan, subay, Yevlax r-nu, Nizami prospekti ev 12, m 28 də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol patrul xidməti alayından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol patrul xidməti alayından daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP6814104 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 22.34 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən keçən 199,5-ci km-də Yevlax rayonu Nizami prospekti ev 12, mənzil 18-də qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Şəxs «Mercedes Benz E20» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olarkən avtomobili əks istiqamətli hərəkət hissəsinə çıxaraq Qazax istiqamətində hərəkətdə olan Qəbələ rayonu Çarxana kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 idarə etdiyi «Kamaz 55111» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, yolnəqliyyat hadisəsi nəticəsində «Mercedes Benz E200» markalı avtomobilin sürücüsü Şəxs və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri almış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi «Mercedes Benz E20» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Yevlax rayonu ərazisindən tanışlarını götürərək Bakı şəhərinə yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə iki nəfər azyaşlı olmaqlı altı nəfər sərnişinlə saat təxminən 22:34 radələrində Kürdəmir rayonu ərazisindən keçən Bakı- Qazax yolunda 100-110 km/saat sürətdə hərəkətdə olarkən qarşısındakı yük avtomobili ilə toqquşmamaq üçün sükanı sola döndərmiş, bu zaman avtomobili ayrıcı zolağa dəyib əks istiqamətli hərəkət zolağına çıxmış və yük avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində o və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün hadisə yerinə gələn TTTY maşını ilə Kürdəmir RMX-ə gətirilərək, tibbi yardım göstərilmişdir. Şəxs izahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cinayət işinin başlanması haqqında qərarda qeyd edilmiş: - «Kürdəmir rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 01 oktyabr 2024-cü il tarixli 292 №-li aktdan görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu olmamışdır. - «Kürdəmir rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 01 oktyabr 2024-cü il tarixli 293 №-li aktdan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə alkoqol sərxoşluğu olmamışdır. - MTE və PA ETT Birliyinin PHŞ-in Kürdəmir rayon şöbəsinin rəisi Z.Hüseynovun verdiyi xx.xx.2024-cü il tarixli 469 №li canlı şəxsin məhkəmə-tibbi müayinə rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Əvəz qızının məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunan xəsarət- döş qəfəsinin əzilməsi, sağ budun, sağ baldırın hematoması. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən 30 sentyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməyə uyğundurlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 6 noyabr 2024-cü il tarixli 8/2830 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, müəyyən edilmişdir ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E200 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Maqbest oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati tənbeh tədbiri tətbiq edilməli, onun nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 10 (on) ay müddətinə məhdudlaşdırılsın. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar