Məhkəmə qərarları › İş №3(041)-176/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-176/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-176/2023 14.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə qızı Zərərçəkmiş şəxs yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı vuraraq döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayonu, Ərəbqubalı kəndində yaşayan Şirinova X3 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək atası Şəxs tərəfindən döyüldüyünü bildirmiş, şikayət ərizəsi qeydiyyata alınaraq, təhqiqat aparılması üçün Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Elçin Əzizovun icraatına verilmişdir. Aparılmış araşdırma zamanı onların izahatları alınmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXMnın 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin ailə “münaqişəli ailə” kimi Kürdəmir rayon polis şöbəsində qeydiyatdadır. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun atasıdır, əvəllər münasibətləri yaxşı olsa da sonradan valideynləri qızı Gülbənizi aparıb öz yanlarında saxladıqlarına və onlara vermədiklərinə görə pisləşmişdir. Dəfələrlə qızını öz yaına gətirmək istəsə də buna nail ola bilməmişdir. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində atasının evinə gedərək qızı Gülbənizi öz evinə aparmaq istəmiş, həmin vaxt atası Şəxs onunla mübahisə edərək uşağı ona verməkdən imtina etmiş və üzərinə hücum edərək onu döymüşdür. Atasının hərəkətlərinə artıq dözə bilmədiyi üçün məcbur olub şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişlər. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs qızı olsa da, valideyn kimi ona hörmət etmir. Bir müddət əvvəl Rusiya federasiyasına getdiyi üçün qızı Xədicəyə müraciət edib nəvəsi Gülbənizi nənəsinin yanına gətirməsini xahiş etmiş, aralarında qarşılıqlı razılıq olandan sonra nəvəsi Gülbəniz onlara gələrək nənəsinin yanında qalmış, o da işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bir müddət xaricdə işlədikdən sonra yaşadığı Kürdəmir rayonu Ərəbqubalı kəndinə qayıtmış, bundan sonrada nəvəsi Gülbəniz onlarla yaşamağa davam etmişdir. Bu günə kimi nəvəsi Gülbənizi məcbur yanlarında saxlamamış, nəvəsi öz istəyi ilə onların yanında qalmışdır. xx.xx.2022-ci il tarixdə qızı Zərərçəkmiş şəxs onlara gəlib Gülbənizi bəhanə edərək onunla mübahisə etmişdir. Nəvəsinə anası ilə getməsini təklif etsə də Gülbəniz bundan imtina etmişdir. Bundan sonra Xədicə ona qarşı xoşa gəlməz ifadələr işlətmiş və onun üzərinə yeridiyinə görə özündən aralamaq üçün Xədicəni əli ilə itələmişdir. Qızının şikayətindən sonra polis əməkdaşlarının dəvəti ilə Kürdəmir rayon polis şöbəsinə getmiş və şöbədə verdiyi izahatında baş verənləri olduğu kimi göstərmişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi.. İş materiallarına əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 662 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər alın nahiyyəsində və sol budda qançırlar küt əşya təsirindən törənmiş, törəmə müddəti qərarda göstərilən tarix və şəraitə uyğun gəlir və xəsarətlərin hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs əməli özünün qismən etirafı, zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 662 nömrəli rəyi ilə habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Əhmədağa Qərib oğlunun ilk dəfə inzibati xəta hadisəsi törətməsini, zərərçəkmiş şəxsin atası olmasını məsuliyyətini yüngülləşdirən hall kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar