Məhkəmə qərarları › İş №3(041)-177/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-177/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-177/2024 01.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Cəbrayılzadə Fərid Bəbyala oğlunun katibliyi ilə xx.xx.1965-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində yaşamış və xx.xx.2023-cü il tarixdə vəfat etmiş- Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib cərimə edilmiş və inzibati cəriməni qanunla müəyyən edilmiş 3 ay müddətində ödəməmişdir. Onun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Portaldann götürülmüş məlumatdan görünür ki,barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsijdə inzibati icraat açılmış şəxs Şəxs öldüyü üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar