Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-18/2024 30.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ ( İnzibati tənbeh vermə haqqında) Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin İcra məmuru X1 iştirakı ilə 19 avqust 1994-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, M.F.Axundov küçəsi, 48-də yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsdindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinn 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Belə ki, Qasımov X3 rayon məhkəməsinin 3(008)-2169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri,bundan başqa Yasamal rayon məhkəməsinin 2(004)-5014/2023 saylı,xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinin 500 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş və qərar icra olunması üçün Kürdəmir rayon İca və Probasiya şöbəsinə göndərilmişdir. Lakin, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarlarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və xx.xx.2023-cü il tarixdə barəsində AR.İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs mhəkəmə tərəfində təyin edilməiş cərimlləri ödəmək üçün ona vaxt verilməsini xahiı etmiş, məhkəmə onun xahişini nəzərə alaraq məhkəmə iclasını xx.xx.2024-cü il tarixədək təxirə salmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs xəbərdar olsa da o, məhkəmədən qaçıb gizləndiyi üçün məhkəmə iclasının keçirilməsi mümkün olmamış,barəsində məcburi gətirilmə qəarı qəbul edildikdən sonra xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşalrı tərəfindən tapılaraq məhkəməyə gətirilmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Sabunçu rayon məhkəməsinin 3(008)-2169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri,bundan başqa Yasamal rayon məhkəməsinin 2(004)-5014/2023 saylı,xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinin 500 manat məbləğdə inzibati qaydada cərimə olunmuşdur. Onun başqa gəlir mənbəyi yoxdur və ailəsi də atasına dövlət tərəfindən verilən pensiya heasbına dolanır. Hazırda da heç bir yerdə işləmədiyi üçün cəriməni ödəməyə maddi imkanı olmamışdır. Məhkəmədə izahat verən Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Sabunçu rayon məhkəməsinin 3(008)-2169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri,bundan başqa Yasamal rayon məhkəməsinin 2(004)-5014/2023 saylı,xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinin 500 manat məbləğdə cərimə edilmişdir. İcra sənədinin icrasına başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxta tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Bütün icra tədbirlərinə baxmayaraq borclu icra sənədlərini könüllü olaraq icra etməmiş və heç bir yerdə işləmədəyini göstərmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara sorgu edilsədə borclunun adına heç bir əmlak və bank əmanəti aşkar edilməmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Beləliklə, İcra məmuru İlham Əliyevin və barəsində inzibati tənbeh tədbiri görülmüş Şəxs izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs məhkəmə qərarlarını qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş və onun hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Belə ki, Qasımov X3 rayon məhkəməsinin 3(008)-2169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri,bundan başqa Yasamal rayon məhkəməsinin 2(004)-5014/2023 saylı,xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinin 500 manat məbləğdə cərimə edilmişdir. Qeyd edilən qərarlar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilsə də icra sənədi icra edilməmiş və Şəxs işləmədiyini göstərmişdir.Bundan başqa barəsində inzibati icraat açılmış şəxs Şəxs məhkəmə iclasında məhkəmə cərimlərini ödəmək üçün ona vaxt verilməsini xahiş etmiş, məhkəmə tərəfindən ona kifayət qədər vaxt veriləs də o, qərəzli oalraq icra sənədlərini icra etməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 24 (iyirmi dörd) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Şəxs barəsində Sabunçu rayon məhkəməsinin 3(008)-2169/2023 saylı, xx.xx.2023-cü il tarixli və Yasamal rayon məhkəməsinin 2(004)-5014/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarların icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-18/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-18/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver