Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-180/2023 15.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində arvadı Zərərçəkmiş şəxs yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı vuraraq döymüş, nəticədə K.K.Səmodov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayonu, Şahsevən kəndində yaşayan Səmədova X3 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək əri Şəxs tərəfindən döyüldüyünü bildirmiş, şikayət ərizəsi qeydiyyata alınaraq, təhqiqat aparılması üçün Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Elçin Əzizovun icraatına verilmişdir. Aparılmış araşdırma zamanı onların izahatları alınmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin ailə “münaqişəli ailə” kimi Kürdəmir rayon polis şöbəsində qeydiyatdadır. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir, ərinin tez-tez spirtli içki qəbul edib evdə dava-dalaş salması nəticəsində münasibətləri yaxşı deyil, dava-dalaş demək olar ki, hər gün baş verir, ərini spirtli içkidən çəkindirməyə çalışsa da buna nail ola bilməmişdir. Axrıncı dəfə xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində əri Şəxs həmşəki kimi spirtli içki qəbul edib evdə söz-söhbət salarkən oğlu Vəlixan Səmədov ona iradlarını bildirmiş, həmin vaxt Kamil oğlunun üzərinə yeriyərkən araya girib onları sakitləşdimək istəyərkən Şəxs yumruqla onu vurmuşdur. Ərinin hərəkətlərinə artıq dözə bilmədikləri üçün məcbur olub şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişlər. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, fərdi əməklə məşğul olur, özü spirtli içki aludəçisidir, Zərərçəkmiş şəxs onun arvadıdır, əvvəllər də ailə münasibətləri yaxşı olmamış, aralarında dəfələrlə mübahisə baş vermişdir. Axırıncı dəfə xx.xx.2023-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə şam yeməyi yeyərkən bir qədər spirtli içki qəbul etmiş, həmin vaxt oğlu Vəlixan Səmədov ona irad tutduğu üçün aralarında mübahisə düşmüş, arvadı Zərərçəkmiş şəxs araya girib onları sakitləşdirmək istəyərkən qolundan yüngül zədə almışdır. Mübahisədən sonra baş verənlərlə bağlı oğlu Vəlixan DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bundan sonra polis əməkdaşlarının dəvəti ilə Kürdəmir rayon polis şöbəsinə getmiş və şöbədə verdiyi izahatında baş verənləri olduğu kimi göstərmişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi.. İş materiallarına əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 27 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər sol mil bilək nahiyyəsinin qançırı küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 27 nömrəli rəyi ilə habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-180/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-180/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver