Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-182/2025 30.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə yaşadığı Kürdəmir rayonu Xırdapay kəndində küçədə ucadan nalayiq ifadələr və küçə söyüşləri işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini etiraf edərək izahatında bildirdi ki, spirtli içki qəbul etdiyi gün özündə olmur, ona görə etdiyi hərəkətləri xatırlamır. Bundan sonra içməyəcəyinə və müalicə olunacağına söz verdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun oğludur, bir neçə dəfə müalicə etdirməsinə baxmayaraq spirtli içki aludəçisi kimi sağalmamış və içdiyi gün evdə və küçədə vətəndaşlara sataşır, onları söyür və nalayiq ifadələrlə təhqir edir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində də sərxoş vəziyyətdə yaşadığı Kürdəmir rayonu Xırdapay kəndində küçədə ucadan nalayiq ifadələr və küçə söyüşləri işlətdiyi üçün qardaşı Mehman onu evə aparmaq istəmiş, lakin əmisinə də tabe olmadığı üçün Mehman DİN-nin 102 mərkəzi-zəng xidmətinə müraciət etmiş və polis əməkdaşları ünvana gəlib onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun qardaşı oğludur, spirtli içki içdiyi gün evdə və küçədə vətəndaşlara sataşır, onları söyür və nalayiq ifadələrlə təhqir edir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində də sərxoş vəziyyətdə yaşadığı Kürdəmir rayonu Xırdapay kəndində küçədə ucadan nalayiq ifadələr və küçə söyüşləri işlətdiyi üçün onu evə aparmaq istəmiş, lakin tabe olmadığı üçün DİNnin 102 mərkəzi-zəng xidmətinə müraciət etmiş və polis əməkdaşları ünvana gəlib onu polis şöbəsinə aparmışlar. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidlərin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İşə əlavə edilmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli 37 nömrəli protokolda Şəxs orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. Kürdəmir RİHB-nın Xırdapay k.i.ə.d üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Şəxs mənfi xarakterizə edilmişdir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İXM-nin 33.1.2-ci maddəsinə görə məsuliyyətini hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, AZA000574 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu 29 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-182/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-182/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver