Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-19/2024 30.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ (İnzibati tənbeh tətbiq etmə haqqında) saat 17.50-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə 1xx.xx.1994-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,M.F.Axundov küçəsi,48-də yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1373/2023 tarixli və notariat ofisinin icra qeydlərini icra etməmiş və xx.xx.2023-cü il tarixdə barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1373/2023 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmiş, xx.xx.2024-cü il tarixli Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydinə əsasən Şəxs 4717 manat 23 qəpik alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməli, bundan başqa Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydinə əsasən xx.xx.2024-cü il tarixli icra qeydinə əsaasən Şəxs 366 manat 21 qəpik alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməli,əlavə olaraq Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydinə əsasən xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 80 manat 16 qəpik alınaraq tələbkar Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir. İcra vərəqələri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqələrini icra etməmiş onun icra sənədi üzrə 6604 manat borcu qalmışdır. Barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilərək məhkəməyə gətirlsə də o, icra səədnərini icra etmək üçün məhkəmədən vaxt istəmiş və məhkəmə onun xahişini nəzərə alaraq məhkəmə iclasını xx.xx.2023-cü il tarixədək təxirə salmışdır. Məhkəmə iclası xx.xx.2023,xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edils ə də Şəxs məhkəmə iclaslarına gəlməmiş borcunu da ödəməmişdir. Buna görə də məhkəmə onun barəsində axtarış qərarı çıxardaraq onun tapılıb gətirilməsi üçün qərar qəbul etmişdir. Bu gün Əbülfət Qasımov polis əməkdaşları tərəfindən tapılaraq Kürdəmir rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Hesab edir ki, Şəxs qərəzli olaraq icra vərəqsinin icrasından yayınır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Səbail rayon məhkəməsinin 2023-cü il tarixli və Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydlərindən məlumatı vardır. Lakin o, işləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Onun banklara 5284 manat alimentə görə isə 1320 manat borcu vardır. Özü heç bir yerdə işləmir və işləyəndən sonra borclarını ödəyəcəkdir. Beləliklə, Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1373/2023 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmiş, xx.xx.2024-cü il tarixli Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydinə əsasən Şəxs 4717 manat 23 qəpik alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməli, bundan başqa Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydinə əsasən xx.xx.2024-cü il tarixli icra qeydinə əsaasən Şəxs 366 manat 21 qəpik alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməli,əlavə olaraq Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydinə əsasən xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 80 manat 16 qəpik alınaraq tələbkar Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir. İcra vərəqələri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini icra etməmiş onun icra sənədi üzrə ümumilikdə 6604,44 manat borcu qalmışdır. Barəsində inzibati icraat açılmış şəxs məhkəmədə verdiyi ifadəsində də borcun ödənilməsi ilə bağlı şəxsən heç bir təşəbbüs göstərməməklə özünün heç bir yerdə işləmədiyini göstərmişdir. Şəxs işsiz olduğunu əsas gətirərək borcunu ödəyə bilməyəcəyini bildirərək öz hərəkətləri ilə məhkəmə qarşında qətnamənin icrası ilə bağlı qərəzli mövqeyini nümayış etdirir və birbaşa olaraq icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Bundan əlavə onun barəsində tərtib olunmuş protokol xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və o,icra sənədlərini icra etmək üçün vaxt istəyərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Şəxs vaxt versə də Şəxs qaçıb gizlənmiş və məhkəməyə gəlməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində olan inzibati xəta haqqında iş üzrə iraat dayandırlaraq barəsində axtarış elan edilərək onun taılıb Kürdəmir rayon məhkəməsinə gətirilməsi qərara alınmışdır. Bu gün, yəni xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tapılaraq məhkəməyə gətirilmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş, Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1373/2023 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydinə əsasən Şəxs 4717 manat 23 qəpik alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. İş materialalrına əlavə edilmiş Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydinə əsasən xx.xx.2024-cü il tarixli icra qeydinə əsaasən Şəxs 366 manat 21 qəpik alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Kürdəmir regional “asan xidmət” mərkəzində notariat ofisinin icra qeydinə əsasən xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 80 manat 16 qəpik alınaraq tələbkar Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-19/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-19/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver