Məhkəmə qərarları › İş №3(041)-190/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-190/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-190/2024 20.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini etiraf edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayır, evlidir, spirtli içki aludəçisidir. xx.xx.2024-cü il tarixdə günortadan sonra şəhid Adəm Əliyevin adına olan bulağın yanında tanışları ilə aralarında olan mübahisədən əsəbiləşərək uca səslə bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin vaxt şəhidin anası Zərərçəkmiş şəxs bulağın yanında təmizlik işləri apardığını görmüş və Zərərçəkmiş şəxs yaxınlaşaraq işlətmiş olduğu nalayiq ifadələrə görə üzrxahlıq etmiş, Akifəyə qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Zərərçəkmiş şəxs onlara öz narazılığını bildirərək barələrində şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Nəticədə polis əməkdaşları izahat vermək üçün onu polis şöbəsinə dəvət etmişlər, Bakı şəhərində olduğu üçün şöbəyə bir qədər gec gedərək baş verənlər barədə izahat vermişdir. Şəxs izahatının sonunda etdiyi hərəkətlərdən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, ünvan 2 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə ünvan 3rləşən şəhid oğlu Adəm Əliyevin adına olan bulağı təmizləyərkən Şəxs orada tanımadığı şəxslə mübahisə edib ucadan nalayiq ifadələr işlətdiyini eşitmişdir. Ondan başqa həmin vaxt məktəbə gedib-gələn şagirdlər və ətrafda olan digər şəxslər də onların ictimai qaydanı pozan hərəkətlərinin şahidi olmuşlar. Bu hal birinci dəfə olmadığına görə Şəxs öz iradlarını bildirdirərək nalayiq ifadələr işlətməməsini bildirmiş, Qorxmaz onun ünvanına da nalayiq ifadələr işlətdiyi üçün DİN-nin 102 xidmətinə zəng vuraraq onların hərəkətlərindən şikayət etmişdir. Zərərçəkmiş şəxs izahatının sonunda Şəxs hər gün sərxoş vəziyyətdə ictimai qaydanı pozan hərəkətlərinin qarşısını almaq üçün müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli, AZA000291 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18.00da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 14:00-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın şəxsiyyətini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının İXM-nin 30-cu maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxsnın inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmalı, inzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona tətbiq edilmiş inzibati həbs tənbeh tədbirindən çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) gün inzibati həbs tənbeh tədbiri saxlansın. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar