Məhkəmə qərarları › İş №3(041)-194/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-194/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-194/2025 05.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şüralı oğlunun iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Kürdəmir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Cəyli kəndində qeydiyatda olmaqa hazırda Bakı şəhərində ünvanını bilmədiyi evdə kirayədə yaşayan Şəxs Şüralı oğlunun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şüralı oğlu Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(008)-604/2010 saylı və Şamaxı rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(074)-1327/2019 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(008)- 604/2010 saylı icra vərəqəsinə əsasən 11 yanvar 2010-cu il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Zərərçəkmiş şəxs1 xeyrinə Şəxs Şüralı oğlundan hər ay sabit pul məbləğində 100 manat miqdarında alimentin tutulması və Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-1327/2019 saylı icra vərəqəsinə əsasən Şəxs Şüralı oğlundan 22 noyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 130 manat miqdarında aliment alınaraq X2 verilməsi qət edilmişdir. Hər iki icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərarlar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkarlara olan borcunu ödəməkdən yayındığı üçün icra məmurunun inzibati xəta haqqında protokolu əsasında Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nın 528.1-ci maddəsilə təqsirli bilinib 07 gün müddətə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq borclu icra sənədini bu günə kimi icra etməkdən yayınmış və nəticədə bu günkü günə 16900 manat borcu yaranmışdır. Şəxs Şüralı oğlu icra sənədinin icrası ilə bağlı icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və polis əməkdaşları tərəfindən xx.xx.2025ci il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Borcunu ödəmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şüralı oğlu izahatında bildirdi ki, barəsində olan icra sənədlərindən məlumatı var, işlə təmin edilmədiyi üçün aliment borcunu ödəyə bilmir. Hazırda tələbkarlara olan borcu 16900 manat təşkil edir, borcunu bir dəfəyə və ya qısa müddət ərzində ödəməyə imkanı yoxdur. İşlə təmin olunarsa borcunu hissə-hissə ödəyə bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(008)- 604/2010 saylı icra vərəqəsinə əsasən 11 yanvar 2010-cu il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Zərərçəkmiş şəxs1 xeyrinə Şəxs Şüralı oğlundan hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment tutulması qət edilmişdir. - Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-1327/2019 saylı icra vərəqəsinə əsasən Şəxs Şüralı oğlundan 22 noyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 130 manat miqdarında aliment alınaraq X2 verilməsi qət edilmişdir. - Hər iki icra sənədi üzrə qəbul edilmiş icraata başlama haqqında qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs Şüralı oğluna imza etdirməklə təqdim edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-506/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(008)-604/2010 saylı və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)- 1327/2019 saylı icra sənədlərini icra etmədiyi üçün Şəxs Şüralı oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. - Borclu Şəxs Şüralı oğlunun Kürdəmir rayon icra və probasiya şöbəsinə verdiyi izahatında hər iki icra sənədi üzrə yaranmış 16900 manat borcunu etiraf etmiş, borcun yaranmasını işləməməsi ilə əlaqələndirmişdir. - borclu Şəxs Şüralı oğlu icra sənədinin icrası ilə bağlı çağırışlarla gəlmədiyindən icra məmurunun borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Kürdəmir rayon polis şöbəsinə göndərilmişdir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Şüralı oğlu icra sənədini icra etməkdən yayındığı üçün icra məmurunun inzibati xəta haqqında protokolu əsasında Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-506/2024 saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(008)-604/2010 saylı və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-1327/2019 saylı icra sənədlərini icra etmədiyi üçün Şəxs Şüralı oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, borcunu ödəməmiş və icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Polis əməkdaşları tərəfindən tutularaq Kürdəmir rayon icra və probasiya şöbəsinə təhvil veriləndən sonra icra məmuru tərəfindən izahatı alınmış bir il ərzində eyni icra sənədlərinə münasibətdə borcunu ödəmədiyi üçün xx.xx.2025-ci il tarixdə barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Şəxs Şüralı oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs Şüralı oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, hər iki icra sənədi üzrə 16900 manat aliment borcu yarandığını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şüralı oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar