Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-195/2024 22.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1999-cu Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Kürdəmir RİHB-nın Ərəbqubalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsində işləyən, İKürəmir rayonu Xırdapay kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs ərizəsi əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, özü Kürdəir rayonunun Xırdapa kəndində yaşasa da Kürdəmir rayonunun Ərəbqubalı kəndində Kənd İcra Nümayəndəsi vəzisəfində işləyir. O, Zərərçəkmiş şəxs tanıyır. Aralrında heç bir ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə Elvin onun istifadəsində olan telefona zəng edərək atası Şahin barəsində nalayiq ifadələr işlətmiş və o, da Elvinə iradını bildiorərək atası barədə təhqiredci ifadələr işlətməməsini xahiş etsə də Elvin öz hərəkətlərinə davam etmişdir. O, Elvini sakitləşdirmək üçün bir icra nümayəndəsi kimi onun yaşadığı ünvana gedərək onunla məsələni aydınlaşdırmaq istəmişdir. O, Sırığlı kəndindədə “Orxan” marketin yanında Elvinə zəng edərək onu gözlədiyini demiş, Elvin isə maşın olmadığına görə gələ bilmədiyini bildirmiş, o, da öz avtomobili ilə onun yaşadığı ünvana gedərək kənd icra nümayəndəliyinin yanında Elvini gözləmiş. Elvin gələrək avtomobilə əyləşmş və məsələni aydınlaşdırmaq üçün Sığırlı kəndində yerləşən kafelərin birinə getmək istəmişlər. Onlar hərəkətdə olarkən Elvin avtomobildən düşmək istədiyini demiş, o, da avtomobili saxlamş və Elvin yerə düşmüşdür.Sonrdan Elvinin ondan şkayət etdiyini eşitmişdir. Onun məqsədi Elvini atası ilə barışdırmaq olmuşdir. Bütün bunlara baxmayaraq o, Elvindən üzr istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Kürdəmirrayonunun Ərəbqubalı kəndində yaşayır. O, ünvanlı Sosial yardım almaq üçün sənədlərini Rüstəmin atası Şahinə vermişdir. Şahin də xeyli müddət onu işini gecikdirmiş və o da Rüstəmə zəng edərək atası barədə şikayət etmişdir. Həmin vaxt Rüstəm onun harada olmasını soruşmuş, o. İsə yerini demək istəməsə də sonradan yerini demiş və Rüstəm avtomobillə onun yaşadığöı kəndə gələrək onu avtomobilə mindirib harasa aparmaq istəmiş və yolda hərəkətdə olarkən nalayiq ifadələrlə onu təhqir etmiş, o, da avtomobildən düşmək istədiyini demiş, Rüstəm avtomobili saxlamış və yaşadıqları kənddən 8 km aralaıda avtombildən düşərək geri qayıtmışdır. O, Elvinin onu öldürəcəyindən ehtiyat edərək DİNnin 102 xidmət mərkəzinə zəng edərək Elvinin onu hədələməsi və üzərində zor tətbiq etməsi barədə məlumat vermişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat cərimə cəzası tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-195/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-195/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver