Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-198/2024 23.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar rayonu Küçəkənd kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə KərimovAqil Ağabala oğlunun ünvanına ucadan ışqıraraq nalauiq ifadələr işlətməklə onun üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X2 raportu əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tyarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, özü Ucar rayonunun Küçəkənd kəndində yaşayır.xx.xx.2024-cü ilı tarixdə Kürdəmir rayonudna olan qohumlarının “Köhnə bazar” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmiş və həmin vaxt araq içmiş və sərxoş olmuşdr. Toyda iştiak edərkən tanımadığı şəxslə mübahisə etmiş və polis şöbəsinə şikayət etmişlər. Şikayət əsasında həmin yerə gələn və adını sonradan bildiyi Aqil Kərimov özünü təqdim etmiş və izaghatının alınması üçün onunla birlikdıə polis şöbəsinə getmək lazım olduğunu demiş, o, isə sərxoş olduğu üçün Aqil Kərimovun ünvanına ucadan qışqıraraq nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmandır və o, Aqil Kərimovdan üzr istəmişdir. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, o, Kürdəmir PRŞ NMQda baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə növbətçi hissədə oalrkən Kürəmir rayon sakininin şikayəti əsasında Kürdəmir rayonunda yerləşən “Köhnəbazar” şadlıq sarayına getmiş vəhəmin vaxtı orada adını sonradan bildiyi Şəxs sərxoş vəziyyətdə qanunsuz hərəkətlərini görüb ona yaxınlaşaraq özünü təqdim etmiş və ona məsələnin mahiyyətini izah etdikdən sonra izahatı alınması üçün onunla birlikdıə Kürdəmir RPŞ-nə getmək lazım olduğunu demiş, həəmin vaxt Şəxs ucadan qışqıraraq onun üvanına nalaiq ifaələr işlətmişdir. Bundan sonra o, Allahyar Ziyyədinovu avtomobilə əyləşdirrəərk polis şöbəsinə gətirib izahatını almışdır. Şəxs ondan üzr istəmiş və əməlindən peşman olduğunu demişdir.Onun Şəxss qarşı heç bir şikayəti yoxdur. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 000300 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə,saat 23.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat cərimə cəzası saxlanılsın, o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-198/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-198/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver