Məhkəmə qərarları › İş №3(041)-2/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-2/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-2/2023 17.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Şəxs barəsində Kürdəmir rayon prokurorluğundan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon prokurorluğundan daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi və inzibati xəta haqqında iş üzrı icraatın başlaması haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən barəsində inzibati xəta haqqında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həmidov X1 şəhəri, Babək küçəsində yerləşən və müdiri olduğu “Oba” marketdə satıcı-kassır vəzifəsində işləyən vaxtılarda, yəni 2021-ci ilin iyun və iyul aylarında kassadan ümumilikdə 420.04 manat pulu gizlicə götürərək mənimsəmiş, nəticədə onun tərəfndən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd edilən inzibati xəta haqqında material xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, inzibati xəta törədən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb bildirmədən məhkəməyə gəlməmişdir. Məhkəmə iclasına gəlmədiyinə və qəsdən məhkəmədən qaçıb gizləndiyinə görə Şəxs məcburi qaydada məhkəməyə gətirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və həmin qərarla da inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, qərar icra edilməsi üçün Kürdəmir rayon polis şöbəsinə göndərilmişdir. Qərarın icrası ilə bağlı Kürdəmir rayon polis şöbəsinə xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə göndərilmiş sorğulara cavab olaraq xx.xx.2023-cü il tarixdə məktubda Şəxs Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin ərazidə yaşamadığı barədə məlumat verilmiş, məktuba Karrar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi eyni məzmunlu 140 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı əlavə edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli növbəti sorğusunda Şəxs məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərarın icrası ilə bağlı görülmüş tədbirlərin nəticəsi barədə məlumat tələb edilmiş, Kürdəmir rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda Şəxs yerinin müəyyən edilmədiyi barədə məlumat verilmiş, onun Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin ərazidə yaşamıdığı barədə Karrar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışı məktuba əlavə edilmişdir. Azərbaycan Respublikasının İXM-nın 38.5-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat rədd edilir. Azərbaycan Respublikasının İXM-nin 104.8-ci maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə hesab edirəm ki, qanunvericiliyin yuxarıda şərh edilən normalarına əsasən Şəxs Feyzi oğlu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Feyzi oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar