Məhkəmə qərarları › İş №3(041)-20/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-20/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-20/2024 18.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X14, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Şikayətçi-barəsində qərar çıxarılmış X5, Qərarından şikayət verilən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1440825 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış X5 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) xx.xx.2023-cü il tarixli, MN1440825 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İXM-nın 271-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün inzibati qərara xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi Kürdəmir rayon ərazisində yerləşən “Sabrina” şadlıq sarayını işlədir, şadlıq sarayında toy şənlikləri olarkən artıq qalmış yemək qırıntıları və butulkaları bir tərəfə yığılır və növbəti gün zibil poliqonlarına atılmaq üçün aparılır. xx.xx.2023-cü il tarixdə şadlıq sarayında toy şənliyi olmuş, toy şənliyindən artıq qalmış bultulkalar və yemək qırıntıları bir kənara yığılmış, xx.xx.2023-cü il tarixdə səhər saatlarında ekologiyanın əməkdaşları şadlıq sarayına daxil olmuş, atılmaq üçün nəzərdə tutulmuş artıqların şahidi olmuşlar. Bundan sonra protokol tərtib olunmuş və barəsində cərimə tətbiq olunmuşdur. Halbuki, həmin artıqlar toy şənliklərinin səhəri günü zibil poliqonlarına aparılır. Ekologiyanın əməkdaşları bu halları nəzərə almadan həqiqətə uyğun olmayan qərar qəbul etmişlər. X8 həmin qərarın qanuniliyini məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə iclasında iştirak edən X8 şikayətində qeyd etdiyi halları təsdiq edərək, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X12 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN1440825 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X13 tərəfindən Kürdəmir rayon Mürtülü kəndi ərazisində yerləşən “Sabrina” şadlıq sarayının ərazisində məişət tullantıların qalanması faktı aşkar edilmiş, idarənin əməkdaşları həmin yerə yaxınlaşaraq “Sabrina” şadlıq sarayının rəhbəri X6 həmin yerə dəvət etmiş, E.İsmayılov həmin məişət tullantılarını əraziyə onun göstərişi əsasında yığıldığını bildirmiş və bununla bağlı etirafedici yazılı izahat vermiş, foto şəkillər çəkilmişdir. Həmin fakta əsasən müfəttiş Coşqun Umranov tərəfindən Elçin İsmayılov Azərbaycan Respublikası İXM-nın 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edildiyindən barəsində xx.xx.2023-cü il tarixli, MN1764931 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol E.İsmayılov tərəfindən imza edilərək qəbul edilmiş və etmiş olduğu nöqsanları başa düşdüyünü bildirmişdir. Nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilən inzibati xəta haqqında protokola əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X17 tərəfindən xx.xx.2023-cü il tarixli, MN1440825 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X8 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nın 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat cərimə edilmişdir. Bundan sonra qəbul edilmiş qərar poçt vasitəsiylə E.İsmayılovun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Hesab edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X12 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN1764931 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Əvvələn qeyd edilməlidir ki, hər bir halda inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək üçün inzibati xətalar haqqında işlər üzrə icraat aparılmalıdır. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM maddə 48). “Sahibkarlığın inkişafına maneə olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 790 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət Kitabçası” haqqında əsasnamənin 2.2-ci bəndinə əasən, Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yoxlamalar həmin yoxlamanı aparan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi və təmsil etdiyi təşkilatın adı, yoxlamanın məqsədi, yoxlamaya hüquq verən sənədin tarixi və nömrəli, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu, yoxlamaya başlanılan vaxt “Nəzarət kitabçası”na qeyd edildikdən sonra həyata keçirilir. Həmin Əsasnamənin 2.4.1-ci bəmdində qeyd olunur ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim edilməlidir. İşə əlavə edilmiş, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X7 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN1764931 nömrəli inzibati xəta haqqında protololdan, protokola əlavə edilmiş etiraf edici izahatlardan və fotoşəkillərdən məlum olur ki, Kürdəmir rayon Mürtülü kəndi ərazisində yerləşən “Sabrina” şadlıq sarayının rəhbəri (VÖEN **********) X3 göstərişi əsasında “Sabrina” şadlıq sarayının ərazisində məişət tullantıların qalaqlanmışdır. Həmin protokola əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X17 tərəfindən xx.xx.2023-cü il tarixli, MN1440825 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X8 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nın 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hazırki iş üzrə şikayət edilən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN1440825 qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən və bununla bağlı şikayətçi tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən qərar dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X12 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN1440825 nömrəli qərarı dəyişdirilmədən, həmin qərardan X9 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar