Məhkəmə qərarları › İş №3(041)-200/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-200/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-200/2024 01.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan, AA ******* Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2042091 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 22.30-da radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən “Köhnə bazar” şadlıq evinin qarşısında ucadan nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclaslarına gəlmədiyi üçün Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış və onun barəsində məcburi gətirmə haqqında qərar elan edilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs könüllü olaraq məhkəməyə gəldiyi üçün icraatın dayandırılmasına əsas olmuş hal aradan qaldırıldığından xx.xx.2024-cü il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində yerləşən “Köhnə bazar” şadlıq sarayında keçirilən toy məclisində iştirak qohumu A.Ə.Ziyəddinov onunla mobil telefon vasitəsiylə əlaqə saxlayaraq oraya gəlib onu gəlib aparmasını xahiş etmişdir. Bundan sonra şadlıq sarayının qarşısına gəlmiş və orada A.Ə.Ziyəddinovun tanimadığı şəxslərlə mübahisə etdiyini görmüşdür, mübahisəni sakitləşdirmək niyəti ilə ucadan danışaraq A.Ə.Ziyəddinovu oradan aparmaq istəmişdir. Səsə-küyə ətrafda olan adamlar oraya toplaşmışdır. Şadliq sarayının qarşısında olarkən heç kimin ünvanına nalayiq ifadələr işlətməmiş, sadəcə mübahisəni sakitləşdirmək üçün uca səslə danışmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Hesab edirəm ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar