Məhkəmə qərarları › İş №3(041)-201/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-201/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-201/2024 01.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan, AA ******* Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2042090 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 22.30 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən “Köhnə bazar” şadlıq sarayında Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclaslarına gəlmədiyi üçün Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış və onun barəsində məcburi gətirmə haqqında qərar elan edilmişdir. xx.xx.2024cü il tarixdə Şəxs könüllü olaraq məhkəməyə gəldiyi üçün icraatın dayandırılmasına əsas olmuş hal aradan qaldırıldığından xx.xx.2024-cü il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində yerləşən “Köhnə bazar” şadlıq sarayında keçirilən toy məclisində iştirak qohumu A.Ə.Ziyəddinov onunla mobil telefon vasitəsiylə əlaqə saxlayaraq oraya gəlib onu gəlib aparmasını xahiş etmişdir. Bundan sonra şadlıq sarayının qarşısına gəlmiş və orada A.Ə.Ziyəddinovun tanimadığı şəxslərlə mübahisə etdiyini görmüş, mübahisəni sakitləşdirmək niyəti ilə ucadan danışaraq A.Ə.Ziyəddinovu oradan aparmaq istəmişdir. Həmin vaxtı öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları onlara yaxınlaşaraq izahat verməsi üçün onu şöbəyə aparmışlar, şöbədə onu baş verənlərlə bağlı sorğu-sual etmişlər. Şöbədə barəsində əsassız olaraq İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirərək polis əməkdaşları ilə mübahisə etmədiyini və onların qanuni tələblərinə tabe olduğunu bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində yerləşən “Köhnə bazar” şadlıq sarayında keçirilən toy məclisində iştirak A.Ə.Ziyəddinov mobil telefon vasitəsiylə Şəxsla əlaqə saxlayaraq oraya gəlib onu gəlib aparmasını xahiş etmiş, Şəxs şadlıq sarayının qarşısına gələrkən A.Ə.Ziyəddinovun tanimadığı şəxslərlə mübahisə etdiyini görmüş, mübahisəni sakitləşdirmək niyəti ilə A.Ə.Ziyəddinovu oradan aparmaq istəmiş, həmin vaxtı öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları onlara yaxınlaşaraq izahat verməsi üçün onu şöbəyə aparmışlar, Şəxs polis əməkdaşları tərəfindən sorğu-sual edildikdən sonra barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar