Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-206/2023 21.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla Hazırda Zərdab rayonu, Alcanlı kəndində yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs Zərdab rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(035)-244/2015 saylı və xx.xx.2018-ci il tarixli, 2(035)-593/2018 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnaliyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Zərdab rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-593/2018 saylı qətnaməsinə əsasən həmin məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(035)-244/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləği ilə 100 manat aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Hər iki icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. Bu günə kimi icra sənədləri borclu tərəfindən tam şəkildə icra edilməmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə gələrək verdiyi izahatında icra sənədini tam şəkildə icra edə bilmədiyini bildirmiş, inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra isə 1100 manat ödəniş etmiş, qalan 7019 manat borcunu isə ödəyəcəyinə söz vermişdir. Hazırda tələbkar ümumilikdə 8119 manat borcdan 1100 manat ödənilməsinə razıdır və qalıq qalan borcu yaxın zamanlarda ödəməsi üçün borcluya möhlət verdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərdab rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-593/2018 saylı qətnaməsinə əsasən məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(035)-244/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləği ilə 100 manat aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Maddi imkansızlığa görə icra sənədlərini bu günə kimi tam şəkildə icra edə bilməmişdir. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borcundan 1100 manat tələbkara ödəniş etmiş, qalan 7019 manat borcunu isə qısa müddət ərzində ödənilməsi üçün tədbirlər görəcəkdir. xx.xx.2023cü ildə icra məmuru onun telefonuna zəng edərək, Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlməli olduğu bildirilmiş və o, həmin gün Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş və icra məmuruna verdiyi izahatında yuxarıda qeyd edilənləri olduğu kimi göstərmişdir. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Zərdab rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-593/2018 saylı qətnaməsinə əsasən həmin məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(035)-244/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləği ilə 100 manat aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmiş edilmiş, bu günə kimi borclu Şəxs icra sənədini tam şəkildə icra edə bilməmişdir. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra 1100 manat tələbkara ödəniş etmiş, məhkəməyə verdiyi izahatında qalan 7019 manat borcunu isə qısa müddət ərzində ödənilməsi üçün tədbirlər görəcəyini bildirmişdir. İcra məmurunun deməsinə görə hazırda tələbkar icra sənədi üzrə yaranan 8119 manat borcdan 1100 manat ödənilməsinə razıdır və qalıq qalan borcu yaxın zamanlarda ödəməsi üçün borcluya möhlət vermişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-206/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-206/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver