Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-207/2023 22.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağsu şəhəri,M.Müşviq küçəsi,ev 13-də yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində sürüülük hüququ olmadan idarə etdiyi “VAZ 2108” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir-Ağsu-İmişli yolunda yol hərəkəti qaydasını pozaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs barəsində 22.02.202-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, onun sürücüülk vəsiqəsi olsa da cəriməni ödəmədiyi üçün sürücülük hüququ məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 18 radələrində idarə etdiyi “VAZ 2108” martkalı,**-ZT-*** dövlət qediyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunda Ağsu istiqamətində hərəkətdə oalrkən qarşısınd hərəkətdə olan “Mersedes” markalı avtomobil sola dönmək üçün anidən sürətini azaldan zaman o, ara məsafəsini düzgün saxlamadığı üçün həmin avtomobilə arxa hissədən çırpılmış və yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində hər iki avtomobil zədələnsə də hadisə nəticəsində bədən xəsarəti alan olmamışdır. Qarşı tərəfə dəymiş ziyan sığorta şirkti tərəfindən ödəniləcəkdir. Qarşı təəfin ona qarşə heç bir şikayət və tələbi yoxdur. Hazırd himayəsində azyaşlı uşaqları vardır və ailənin yeganə gəlir gətirənidir. Əməlindən peşmandır. Odur ki, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində özünə məxsus “Mersedes C klass” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Küdəmir-İmişli yolunda Ağsu istiqamətində hərəkətdə olarkən yolun həırəkəthissəsinin sol tərəfində yerləşən dükana girmək üçün avtomobilin sürətini azaldıb sola dönmək istəyərkən arxadan gələn “VAZ 2108” markalı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün arxa hissədən onun avtomobilinə çırpılmış və avtomobil zədələnmişdir.Yol nəqliyyat hadisəsi törədək ona avtomobilinə 398 manat maddi ziyan vurmuşdur. Ona dəymiş maddi ziyan sığorta şirkəti tərəfindən qarşılanacaqdır. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Şəxs yüngül cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin xx.xx.2023-cü il tarixli, 05 nömrəli ziyan aktından görünür ki, “Mersedes 190” markalı, **- XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 398 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Avtonəqliyyat vasitəsionin saxlana qəbulu barədə aktdan görünür ki, “VAZ 2108” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsinin axlanc yerinə yerləşdirilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon Polis şöbəsinin avtonəqliyyat vasitəsinin saxlanc yerində saxlanılan “VAZ 2108” markalı, **-ZT-*** dövlət qeydiyyat nişalı avtomobil sahibinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-207/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-207/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver