Məhkəmə qərarları › İş №3(041)-209/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-209/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-209/2023 06.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.2003-cü ildə Kürdəmir ayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Ərşəli kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-2016/2021 saylı,xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1200 manat və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1220 manat alınaraq Zərərçəkmiş şəxs Tahmirzə oğluna ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsiin 2021-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs məhkəmə şifahi vəsatət verərək borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmiş və o, həmin borcundan 100 manat ödəmiş alan borcun ödənilməsi ilə bağlı tələbkarla aralarında razılıq əldə etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2021-ci il tarixli qətnaməsinə əsasən 1220 manat aınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan 100 manat ödəmiş, qalan borcunu da hissə-hissə ödənilməsi üçün tələbkarla aralarında razılıq əldə etmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati materiala xitam verilməsini xahiş etdi. Brəsində inzibati icraat açılmış Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və Zərərçəkmiş şəxs Tahmirzə oğlunun adına ödənilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 100 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru Məhərrəm Şirnalıyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-2016/2021 saylı,xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1200 manat və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1220 manat alınaraq Zərərçəkmiş şəxs Tahmirzə oğluna ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsiin 2022-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs məhkəmə iclasında borcun ödənilməsi üçün vaxt istəmiş və məhkəmə tərəfindən ona verilmiş vaxt ərizndə borcundan 100 manat tələbkara ödəniş etmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmiş və icra sənədi üzrə borcundan ödəniş etişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar