Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-209/2024 04.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin ica məmuru X1 iştirakı ilə xx.xx.1983-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonlararası Mühafizə Bölməsində mühafizəçi vəzifəsində işləyən, Kürdəmir şəhəri, Q.Qarayev küçəsi, ev 13-də yaşayan- Şəxsnın barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1383/2023 saylı ica sənədinə əsasən Şəxs oğllundan əmlakların özləri, özləri olmadıqda isə onların dəyəri, ümumilikdə 2098 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, əmlaklarınbir qismi aparıllsa da olmayan əməlakların dəyəri 1048 manat ödənilməmişdir.Məhkəmə tərəfinən ona verilən vaxt ərzində500 manat ödəmiş, qalan orcunu da hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2023-cü il tarixli qətnaməsinə əsasən ondan əmlaklar, əmlakların özləri olmadıqda isə onalrın ümumi dəyərti olan 2098 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Əmlakların bir qismi tələbkar tərəfindən aparılmış ,qalan əmlaklar isə yarasız olduğu üçün qəbul etməmiş və onlarındəyərini tələb etmişdir. Həmin məbləğ 1048 manat təşkil edir. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində 500 manat ödəmiş və qalan borcunu da 2 ay ərzində tamamilə ödəyib qurtaracaqdır. Bu barədə tələbkarla aralarında razılıq əldə etmişdir. O, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyətini başa düşür. Odur ki, barəsində tərtib olunmuş inzibati materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izhatında göstərdi ki, Şəxs ona məxsus əmlaklar, əmlaklar olmadıqda isə onalrın ümumi dəyəri 2098 manat alınaraq ona ödənilməsi qət edilmiş, əmlakların bir qismini aparmış, qalan əmlaklar isə onlar boşandıqdan sonra istifadə edilərək yarasız hala düşdüyü üçün qəbul etməmişdir. O, bəzi əşyaları arasa da xaladennik və televizorun təmiri üçün 150 manatdan çox pul xərcləmişdir. Hazırda Şəxs oğlunun evində qalan əmlaklar tam yararsız haldadır. Odur ki, həin əmlakların dəyəri 1048 manat təşkil etmişdir. Məhkəmə tərəfindən verilən vaxt ərzində Şəxs 500 manat ödəmiş,qalan borcu da 2 ay ərzində ödəyəciyinə söz vermişdir. Odur ki, Şəxs barəsində olan inzibati materiala xitam everilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs, tələbkar Zərərçəkmiş şəxs və İcra məmuru Mhərrəm Şirnalıyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1383/2023 saylı ica sənədinə əsasən Şəxs oğllundan əmlakların özləri, özləri olmadıqda isə onların dəyəri, ümumilikdə 2098 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məhkəmədən borcundan ödəmək üçün vaxt istəmiş,ona verilən vaxt ərzində o, tələbkara 500 manat ödəmiş və qalan borcun da 2 ay müddətində hiss-hissə ödənilməsi barədə tələbkarla aralarında razılıq əldə edilmişdir. Tələbkar Şəxs barəsində tərtib edilmiş inzibati protokola xitam veilməsini xahiş edir. Şəxs məsuliyətini başa düşdüyünü və məhkəmə qərarına hörmətlə yanaşdığını bildir barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxsnın hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmiş və icra sənədi üzrə borcundan ödəniş etmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-209/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-209/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver