Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-210/2023 23.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1950-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Usubzadə X4 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-475/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-475/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 8000 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borcunu şəkildə ödəməkdən yayındığı üçün Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərari ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati tənheb tədbiri tətbiq edildikdən sonra da borclu borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Hazırda borclunun tələbkara olan borcu 6000 manat təşkil edir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədindən məlumatı var, lakin maddi imkansızlığa görə icra sənədini bu günə kimi tam olaraq icra edə bilməmişdir. Borcunu ödəyə bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə məhkəmənin qərarı 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Hazırda onun tələbkara olan borcu 6000 manat təşkil edir. Bundan sonra icra sənədini icra etmək üçün tədbirlər görəcək. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-475/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tutularaq ümumilikdə 8000 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, borclu Şəxs bu günə kimi icra sənədini tam şəkildə icra etməmiş, nəticədə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(041)225/2022 saylı qərarı ilə inzibati qaydada 8 gün həbs edilmişdir. Hazırda borclunun tələbkara olan borcu 6000 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə verməmiş və onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2023-ci il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə, fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(041)-225/2022 saylı qərarından görünür ki, Usubzadə X4 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-475/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 8 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-475/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur, hazırda onun 6000 manat borcu var. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədi üzrə heç bir ödəniş etmədiyini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-210/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-210/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver