Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-210/2024 07.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, X1 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Qida X2 X10 nümayəndəsi, Qida Təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi, X5 iştirakı ilə Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X2 X10 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 izahatında göstərdi ki, Kürdəmir şəhəri,S.Şıxaliyev keçəsində yerləşən bazar ona məxsusdur. Lakin Bazar müəyyən məbləğ müqbilində kiçik sahibkarlara icarəyə vermişdir. Azərbaycan Respublikası Qida X2 X10 əməkdaşalrı gələrək yoxlama aparmış və barəsində inzibati xəta haqında protokol tərtib edərk onu AR İXM-nin 220.2 və 447.0.3-cü maddələri ilə təqsirli bilərək 1500 manat cərimə etmişlər. X3 tərəfindən sahibkar obyektində yoxlama apararkən sahibkarlıq sahəsində aparılan oxlamaların tənzimlənməsi haqqında qanunun tələbini pozmuşlar. Belə ki, yoxlayıcı orqan Azrbaycan Respubliaksının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsinə aparılan yoxlamanın vahid məlumat reystrindən keçirsə də bununla bağlı ona heç bir məlumat təqdim edilməmiş, halbuki yoxlamanın keçirilməsi barədə 3 gün əvvəl xəbərdalıq edilməlidirlər.Eyni zamanda yoxlama başlayarkən yoxlama aparılacaq yerdə obyektdə ona yoxlama sənədini yoxlama barədə qərarı ona təqdim etməli olduqları halda ona yoxlama qərarını təqdim etməmişlər. Bununla da sahibkarlıq saəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında qanunun tələblərini pozmuşlar. Belə ki, İinzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli,MN ******* nömrəli qərardan da grünür ki, bazarda üzərində heç bir etiket məlumatı olmayan 160 ədəd yumurta,23 kq pendir, 5 kq yağ və 56 kq şor məhsullarının olmadığı,işçi tibbi müayinədən keçmədiyi dizenfeksiya müqqviləsinin olmadığı müəyyən edilmişdir.Bundan başqa inzibati qərarın 2 gün müddətində təqdim olunması göstəriləs də qərar ona 5 gnü sonra poçt şöbəsinə daxil olmuşdur..Bundan başqa inzibati protokol tərtib edilərkən 1 ay müddətinə məcburi icra etmə müddəti verilməli olduğu halda qərar qəbul edilərək əsassız yerə onları 15000 mana cərimə etmişlər.Bundan başqa xx.xx.2024-cü il tarixli,3-444-9-2-H-189/2024 saylı məktubda xx.xx.2024-cü il tarixli,3-44-9/2-H-139/2024 saylı məktubu ilə yoxlama materialalrına baxılmasına dair bildiriş göndərilməsi göstərilsə də onlara belə bir məktub gəlməmişdir. Yuxarıda göstərdiklərini nəzərə alaraq şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarını ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Azərbaycan Respublikası Qida X2 X10 nümayəndəsi, Qida Təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi, X9 göstərdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməs və sahibkarların maraqlarının müdafiəsi haqqında “Azərbaycan Respubliaksı Qanununun 15-ci maddəsinə uyğun olaraq Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsində fəaliyyət göstərən X6 məxsus müəsissədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən planlı yoxlama həyata keçirilmiş, şikayətçi yoxlama materialalrına baxılmasına dair işə baxılmağa iştirak etmək üçün regional bölməyə dəvət edilsə də gəlməmiş və yoxlama materiallarına onun iştirakı olmadan baxılmışdır. Aşkar olunmuş nöqsanların təfərrüatı, əsaslandırıcı sübutlar və pozulmş normaiv hüquqi aktların konkret struktur elementləri müəyyən edilmiş, yol verilən qanun pozuntularına görə onlar xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişlər. Hesab edir ki, şikayət əsassızdır və X7 tərəfindən verilmiş şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 131.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası Qida X2 X10 nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, MARB-YP-031 saylı “Yoxlamanın aparılması haqqında” Qərarın surətindən görünür ki, X6 məxsus sabihbaklıq obyektində yoxlama aparılması planlaşdırılmış və yoxlamanın başa tarixi xx.xx.2024-cü il tarixi, yoxlamanın başaçatma tarixi xx.xx.2024-cü il göstərilmişdir. Azərbaycan Respublikası Qida X2 X10 nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, MARB-YP-031 saylı “Yoxlama aktının surətindən görünür ki, yoxlama xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Qida X2 X10 nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli,MARB-YP-031 saylı “Yoxlamanın nəticləri üzrə” Qərarın surətindən görünür ki, yoxlamada inzibati xəta əalamətləri aşkar edildiyi üçün inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi qərara alınmışdır. Şikayətə əlavə edilmiş İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X7 AR İXM-nin 220.2 və 447.0.3-c maddələri ilə təqsirli bilinərək 1500 ( bir men beş yüz) manat miqdarında cərimə edilmişdir. Məhkəmə şikayət verən Vidadi Hüseynovu, şikayəti, əlavə edilmiş sənədləri və Azərbaycan Respublikası Qida X2 X10 nümayəndəsi Elvin Qasımovun izahatını dinləyərək, hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün X1nun göstərdikləri həmin qərarın ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz və təyin edilmiş 1500 manat inzibati tənbeh onun törətdiyi inzibati xətanın xarakterinə uyğun olmaqla qanuni və əsaslıdır. Qida təhlükəsizliyi haqqında AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNUN 4-cü maddəsində göstərilir ki, həyat və sağlamlığın, istehlakçıların hüquqlarının müdafiəsi, yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması və qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasına Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədləridir. Həmin Qanununun 6.3-cü maddəsində göstərilir ki, qida və yem məhsulunun həyat və sağlamlığa yarada biləcəyi təhlükələrə dair risklərin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsində göstərili ki, qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalı, qida məhsullarının etiketlənməsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir: 17.2.1. istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli; 17.2.2. məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməli; 17.2.3. həmin qida məhsullarına xas olmayan təsir və ya xassələri göstərilməməli; 17.2.4. eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələri xüsusi xassələr kimi təqdim etməməli; Həmin Qanunun 17.5-ci maddəsinin tələbinə görə qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. Həmin Qanunun 22-ci maddəsinin tələbinə görə qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. 22.2. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. 22.3. Qida subyektlərinin qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri ilə məşğul olan əməkdaşları fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Həmin Qanunun 23-cü maddəsində göstərilir ki, qida məhsulları ilə təmasda olan material və məmulatlar aşağıdakı tələblərə cavab verməlidir: 23.1.1. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalı; 23.1.2. qida məhsulları ilə təmasda olarkən qida məhsulunun tərkibini dəyişməməli və təhlükəsizlik göstəricilərinə təsir etməməli; 23.1.3. yalnız təyinatı üzrə istifadə edilməlidir. 23.2. Nəqliyyat tutumlarının (sisternlər, tankerlər və s.), boru kəmərlərinin, nasosların, şlanqların, nəqliyyat vasitələrinin və avadanlıqların qida məhsulları ilə təmasda olan bütün hissələri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq tətbiqinə icazə verilmiş materiallardan hazırlanmalıdır. 23.3. Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. 23.4. Qida məhsulları ilə təmasda olan material və məmulatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqda iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9,21,129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-210/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-210/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver