Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-211/2023 23.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu raonu Sabunçu qəsəbəsi,Əsədullayev küçəsi,ev 8D-də yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq 0,041 qram qrudulmuş marixinanı üzərində saxlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, narkotik vasitə olan qrudulmuş marixinadan istifadə edir. O, taksi fəaliyyəti ilə məşğul olur. Bir neçə gün bundan qabaq Abşeron rayonunun Məhəmmədi qəsəbəsində olarkən yerdə siqaret qutusu görüb yerdən götürmüş ə içərisində qrudulmuş marixuana görüb özü istifadə etmək üçün cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə o,bir nəfər sərnişini Kürdəmir ayonuna gətirmiş və alimentlə bağlı o, axtarışda olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Kürdəmir RPŞ-nə dəvət edilmiş və onun narkotik vasitəni qanunsuz olaraq üstündə saxlaması bildirilərək 2 nəfər hal şahidi və müdafiəçinin işirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı üzərində saxladığı qrudulmuş marixuana aşkar edilərək götüülmüşdür. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin X2 rəyində Şəxs üzərindən aşkar edilərək götürülmüş marixuananın təmiz çəkisinin 0,041 qram olduğu göstərilmişdir. X1 əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, kustar üsulla hazırlanmış 0,041 qram narkotik vasitə olan qrudulmuş marixuananı qanunsuz olaraq üzərində saxlamışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinəəsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000056 nömrəli inzibati qaydada tutma haqqında haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə,saat 20.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Kürdəmir rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,021 qram qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-211/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-211/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver