Məhkəmə qərarları › İş №3(041)-211/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-211/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-211/2025 10.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Kürdəmir rayonu, Topalhəsənli kənd bələdiyyəsinin keçmiş sədri, Kürdəmir rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Nümayəndə barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay regional ədliyyə idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs sədri Nümayəndə bələdiyyənin xx.xx.2025-ci il tarixli, 03 saylı iclas protokolunu qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinə təqdim etmiş və nəticədə Nümayəndə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə izahatında bildirdi ki, DSMF-yə olan borcun tam ödənilməsi barədə məsələyə baxılması barədə bələdiyyənin 11 yanvar 2025-ci il tarixli 03 saylı protokolunun tarixində yanlışlıq olduğuna görə Göyçay regional ədliyyə idarəsinə gec daxil olmuş kimi qəbul edilmiş və barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda bələdiyyə sədri işləmədiyi üçün barəsində istənilən qərarın qəbul edilməsinə etiraz etmir. Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, DSMF-yə olan borcun tam ödənilməsi barədə məsələyə baxılması barədə Şəxs 11 yanvar 2025-ci il tarixli 03 saylı protokolunun surəti xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinə təqdim edilmişdir. Ona görə də, Şəxs sədri Nümayəndə barəsində düzgün olaraq Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Nümayəndə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyəm edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sədri Nümayəndə şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sədri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 400 (dörd yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar