Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-212/2023 13.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Garıs-Əyribənd kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Kürdəmir rayon polis şöbəsoindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1359948 nömrəli inzibati xəta haqqına protokola və xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs xx.xx.2022-ci il tarixdə ov qaydalarını pozaraq lazımı icazə olmadan Kürdəmir rayonu ərazisində özünə məxsus 1 ədəd “Huğlu” markalı, 12 kalibirli, 14A0215 nömrəli yivsiz ov tüfəngi ilə ov qaydalarını pozmaqla 05 ədəd alabaxta ovlayaraq təbiətə 27 manat 50 qəpik maddi ziyan vurmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Garıs-Əyribənd kəndində yaşayır, özünə məxsus “Huğlu” markalı, 12 kalibirli, 14A0215 nömrəli yivsiz ov tüfəngi var, lakin bu günə kimi ov etmək üçün aidiyyəti orqanlardan lisenziya almamışdır. xx.xx.2022-ci il tarixdə həmkəndliləri Bəhlul Cabbarovla və Orxan Rəhimovla axşam saat 19 radələrində ov etmək məqsədilə yaşadıqları kəndin ərazisində yerləşən iydəlik deyilən yerə getmişlər. Orada özünə məxsus “Huğlu” markalı, ov tüfəngi ilə 5 ədəd quş (alabaxta) vurmuşdur. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra silahın sənədlə ona məxsus olduğunu bildirmiş, həmin tüfəngi və ovladığı 05 ədəd quşu polis əməkdaşlarına təhvil vermişdir. O, törətdiyi əməlin məsuliyyət yaratdığını bilməmişdir. Əməlində peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs barəsində olan ov qaydalarının pozulması ilə bağlı material ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin (eco.gov.az) "Elanlar" bölməsində Azərbaycan Respublikası ərazisində 2022- 2023-cü illərin ov mövsümü 2022-ci il 1 oktyabr tarixindən etibarən açıq elan edilmiş, respublika ərazisində 2022-2023-cü illərin ov mövsümündə “Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları” ilə bağlı məlumat dərc edilmişdir. Həmin normalara görə alabaxta quş növünün ovlanma müddəti 14 oktyabr 2022-ci ildən 13 noyabr 2022-ci ilə kimi, adambaşına birdəfəlik norma kimi 2 ədəd müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, yəni ovlanma müddətinin bitməsindən 42 gün sonra Kürdəmir rayonu ərazisində özünə məxsus “Huğlu” markalı, 12 kalibirli, 14A0215 nömrəli yivsiz ov tüfəngi ilə 05 ədəd alabaxta ovlamışdır. İşdə olan sənədlərdən görünür ki, 12 kalibirli, “Huğlu” markalı, 14A0215 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə üzrə istifadə edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Kürdəmir rayonu, Garıs-Əyribənd kəndindəndə yaşayan Şəxs adına 04 sentyabr 2021-ci il tarixli 1912 nönrəli şəhadətnamə verilmişdir. “Azərbaycan Ovçular və Balıqşılar Cəmiyyəti”nin xx.xx.2021-ci il tarixli 325/82 nömrəli biletində Şəxs cəmiyyətə üzv qəbul edilməsi və illik üzvlük haqqını ödəməsi müəyyən edilmişdir. Güründüyü kimi Şəxs qanuni yollarla əldə etdiyi ov silahı ilə lazımi icazəsi olmaqla 3 nəfərə 05 ədəd alabaxta ovlamışdır. Lakin alabaxta quş növünün ovlanma müddəti 13 noyabr 2022-ci il tarixdə bitdiyinə görə ov qaydalarını pozmuş və və bu səbəbdən onun törətdiyi inzibati xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tövsif edilmişdir. Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün səmimi etirafı, onun barəsində tərtib olunmuş inzibati protokol, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs tərəfindən ov qaydalarını yalnız bir əsasla- qadağan olunmuş müddətdə pozduğunu, ov silahı kimi istifadə etdiyi 12 kalibirli, “Huğlu” markalı, 14A0215 nömrəli yivsiz lüləli tüfəngin saxlanılması və təyinatı üzrə üzrə istifadə edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən icazə verildiyini, “Azərbaycan Ovçular və Balıqşılar Cəmiyyəti”nin üzvü olmasını nəzərə alaraq, inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 12 kalibirli, “Huğlu” markalı, 14A0215 nömrəli yivsiz ov tüfəngi özünə qaytarılmalı, törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş müəyyən müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Beləliklə, Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ilk dəfə inzibati xəta hadisəsi törətməsini, məsuliyyəti yüngülləşdirən halları habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 12 kalibirli, “Huğlu” markalı, 14A0215 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməməklə 08 ay müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsinə əsasən ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 12 kalibirli, “Huğlu” markalı, 14A0215 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməməklə 08 (səkkiz) ay müddətə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-212/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-212/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver