Məhkəmə qərarları › İş №3(041)-213/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-213/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-213/2024 28.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 14.30-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayou Xırdapay kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, əməlini etiraf edir və peşmandır. xx.xx.2024-cü il tarixdə,saat təxminən 22 radələrində idarə etdiyi avtomobillə Kürdəmir şəhəri, Babaək prospektində hərəkətdə olarakən yol hərəkəti qaydalarını pozduğu üçün yol polis əməkdaşları ona saxla işarəsi vermiş və o, sərxoş olduğu üçün qorxub avtomobili saxlamamış və hərəkətinə davam etmişdir. Bir az hərəkətdə olsa da polis əməkdaşları onu məcburi qaydada saxlatdırmış və adını sonradan bildiyi yol polisi Ülvi Süleymanov ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan sənədləri tələb etmiş, o, isə sərxoş olduğu üçün Ülvi Süleymanovla mübasiə edərək ucadan qışqırıb onu nalayiq ifadələrlə təhqir etmiş, polis əməkdaşalrı onu Kürdəmir RPŞ-nə aparmaq istəyən o, etirazını bildirərək onların qanuni tələbklərinə tabe olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. O, polis əməkdaşlarından üzr istəmişdir.Onu xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə gətirdikdən sonra 1 gün Kürdəmir RPŞ MSY-də saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də inspektor vəzifəsində işləyir.xx.xx.2024-cü il tarixdə,saat 21.45 radələrində Kürdəmir şəhəri,Babək prosoektində xidmətdə olan zaman “VAZ 2101” markalı, **-BK-*** dövlət qeydiyyat işanlı avtomobilin yüksək sürətlə hərəkət edərək əks yola çıxmaqla ötmə əməliyyatı və manevr qaydalarını pozduğu üçün tərəfindən saxla işarəsi vermiş, lakin adını sonradan bildiyi Şəxs idarə etdiyi avtombili saxlamamış və öz hərəkətərinə davam etmişdir. O, dərhal bu barədə 7657 çağrı iləkömək üçün patrul çağırmış və həmin avtomobili Kürdəmir rayonununYenikənd kəndinədək təqib etdikdən sonra onu saxlaya bilmişlər. Ona yaxınlaşb özlərini təqdim edib ondan idarə etdiyi avtomobilin və onun özünün sənədlərini tələb etsə də adını sonradan bildiyi Şəxs sərxoş olduğu üçün ucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir etmişdir. Bundan sonra onu şöbəyə dəvbət etsələr də Şəxs tabesizlik göstərərək polisin qanuni tələblərinə tabe olmamışdır.Bundan sonra onu məcburi qaydada polis şöbəsinə aparıb barəsində inzibati xta haqqında protokol tərtib edilmişdir. İş materialalrına əlavə edilmiş sərxoşluq vəziyətinin tibbi müayinəsi aktından görünür ki, Osmanov X1 orta dərəcəli sərox olmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar