Məhkəmə qərarları › İş №3(041)-213/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-213/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-213/2025 25.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, vəkil X7 oğlunun iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Kürdəmir rayonu Pirəköçə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda- təmiz çəkisi 0,30 qram olan bir ədəd siqaret dənəsinə doldurulmuş halda və çəkisi 1,01 qram və 0,25 qram olan iki ədəd kağıza bükülmüş halda, cəmi çəkisi 1,56 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qrudulmuş marixuananı əldə etmiş, saxlamış və Kürdəmir rayonu, Pirəköçə kəndi ərazisində üzərində daşımış, həmin narkotik vasitə 27 noyabr 2024-ci il tarixdə, saat 20 radələrində Kürdəmir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq üzərində şəxsi axatarış zamanı Şəxs aşkar olunaraq götürülmüşdür. Materialdan görünür ki, Kürdəmir rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi, polis mayoru Fuad Babyevin 29 dekabr 2024-cü il tarixli qərarı ilə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Kürdəmir rayon Polis şöbəsinin X2 göndərilmişdir. Kürdəmir rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati material İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Pirəköcə kəndində yaşayır. Yeni ailə qurmuş və əvvəllər məhkum olunmamışdır. Bir ədəd çətənə bitkisini yaşadığı kəndin meşəlik ərazisində heyvanları otararkən 2024-cü ilin yay ayında özü istifadəsi üçün əkmişdir. Keçən ilin noyabr ayının əvvəlində həmin bitkinin yarpaqlarını dərərək torbada evinin həyətində ağacın dibində gizlətmişdir. 27 noyabr 2024-ci ildə həmin yarpaqlardan özü istifadə etmək üçün iki ədəd siqaret kağızında büküm və bir ədəd siqaret dənəsinə doldurub saat 20 radələrində evdən çıxmış, kəndin çıxışında yerləşən dükana getməyə başlamışdır. Yolda yanından ötüb keçən maşını saxlatdırmış və onu dükana aparmağı xahiş etmişdir. Maşında kəndçisi X9 da olmuşdur. Dükana çatanda ona zəng gəlmiş, hava yağışlı olduğundan maşının içərisində oturub telefonla danışmış, sonra maşının qapısını açıb yerə düşmək istəyərkən polis əməkdaşları onu saxlamışlar. Etdiyi hərəkətin düz olmadığını dərk edir və əməlindən peşmandır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini etiraf edir və peşmandır. Ona görə də, inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon Polis şöbəsinin sahə rəisi, X3 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etməklə istifadə etmişdir. İnzibati xəta üzrə iş materiallarında olan Kürdəmir rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi polis mayoru Fuad Babayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması barədə əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saxlanlaraq Kürdəmir RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol cibindən 01 ədəd polietilen torbada ümumi təmiz çəkisi 1.56 qram narkotik vasitə qrudulmuş marixuanya bənzər kütlə aşkar olunaraq götürülmüş, Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edərək istifadə etməsi müəyyən edilmiş və əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Kürdəmir rayon Polis şöbəsinin X2 göndərilmişdir. İş materiallarına əlavıə edilmiş Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 28.11.224-cü il tarixli, 18/942 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəisi-1.01 qram, 0.25 qram, 01 ədəd siqaret dənəsində təmiz çəksii- 0.30 qram, ümumi təmiz çəkisi-1.56 qram olan bitki mənşəli kütlələr təribində narkotik olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və təriblərinə görə eyni tərkibli narkotik vasitə qrudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1.56 qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, qalıq 1.50 qram qalmışdır. İş materialalrına əlavə edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Gəncə rayonlararası Narkoloji dispansrindən verilmiş xx.xx.2025-ci il tarixli, 53 nömrəli rəydən görünür ki, aparılan müayinə zamanı Şəxs narkotik maddələrdən istifadə etdiyi, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı,lakin narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş sübutlarla sübuta yetir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və onun müdafiəçisini dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edərək istifadə etməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs nakotik vasitədən istifadə etməsini etiraf etmişdir. İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, əməlinin etiraf etməsini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Həmçinin, Şəxs ərazi üzrə nakoloji kabinetdə qeydiyyata götürülməli, Kürdəmir RPŞnin maddi sübutların saxlanılması kamerasında saxlanılan və ekspertiza tədiqatından sonra qalıq qalan 1.50 qarm çəkidə qurudulmuş marixuana qərar qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Qərarın qrudulmuş marixuananın məhv edilməsi və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsi hissəsində icra edilməsi Kürdəmir rayon İcra və probasiya şöbəsinə, inzibati həbsin icrası hissəsində Kürdəmir rayon Polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan və ekspertiza tədiqatından sonra qalıq qalan 1,50 qarm çəkidə qurudulmuş marixuana qərar qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərar qrudulmuş marixuananın məhv edilməsi və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsi hissəsi icra edilməsi Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın icrası inzibati həbsin icrası hissəsində Kürdəmir rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar