Məhkəmə qərarları › İş №3(041)-214/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-214/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-214/2023 13.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ 12028264 nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, lakin həmin qərar ona göndərilmədiyi üçün cəriməni vaxtında ödəməmişdir. Məhkəmə bildirişini alandan sonra həmin cəriməni faizi ilə barabər tamamilə dövlət büdcəsinə ödəmiş, hazırda ödənilməyən cərimə borcu yoxdur. Şəxs cərimə borcunun olmaması ödəniş qəbzini məhkəməyə təqdim edərək, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, ödəniş qəbzindən görünür ki, Şəxs EQ 12028264 nömrəli elektron qərara ilə barəsində tətbiq edilmiş 10 manat cəriməni və 6 manat dəbbə pulunu tam şəkildə ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cəriməni tam şəkildə ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 57, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Kürdəmir şəhəri iş № 3(041)-214/2023 xx.xx.2023 X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, İclas saat 14.15-də başlandı. Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. İclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlib. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini müəyyən edir. Şəxs: xx.xx.1967-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan, Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: hüquq və vəzifələrim mənə aydındır, vəkil istəmirəm, öz hüquqlarımı özüm müdafiə edəcəm. Hakim Azərbaycan Respublikası İXM-nin 109-ci maddəsinə əsasən etirazın olubolmamasını soruşur. Etiraz olmadı. Hakim vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsna inzibati xəta haqqında izahat verməyi təklif edir. Şəxs izahatı: xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə barəsində 10 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, lakin həmin qərar mənə göndərilmədiyi üçün cəriməni vaxtında ödəməmişəm. Məhkəmə bildirişini alandan sonra həmin cəriməni faizi ilə barabər tamamilə dövlət büdcəsinə ödəmişəm, hazırda ödənilməyən cərimə borcum yoxdur. Barəmdə olan inzibati işin icraatına xitam verilməsini xahiş edirəm. S/C - maddi imkanım olmadığı üçün cəriməni vaxtında ödəyə bilməmişəm. -hal-hazırda həmin cəriməni faizi ilə barabər tamamilə dövlət büdcəsinə ödəmişəm. Hakim işdə olan sənədləri, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı ayrı-ayrılıqda işə baxılmasında iştirak edən şəxslə tədqiq etdi. Şəxs deyilənlərlə bağlı əlavə sübut və vəsatətinin olmadığını bildirdi. Hakim müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarını elan edərək, həmin qərardan apellyasiya şikayəti və ya protesti verilmə qaydasını, işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah etdi. Məhkəmə iclası saat 14.19-da bağlı elan olundu. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olundu. Hakim: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZ 3300, Kürdəmir şəhəri, Tel: (020) ******* Heydər Əliyev prospekti, 22 Faks: (020) ******* Kürdəmir şəhəri iş 3(041)-214/2023 xx.xx.2023 Kürdəmir rayon polis şöbəsinə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-214/2023 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərar – 01 vərəqədə X4 surəti: Kürdəmir şəhəri iş 3(041)-214/2023 xx.xx.2023 Kürdəmir rayon polis şöbəsinə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-214/2023 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərar – 01 vərəqədə X4 AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZ 3300, Kürdəmir şəhəri, Tel: (020) ******* Heydər Əliyev prospekti, 22 Faks: (020) ******* Kürdəmir şəhəri iş 3(041)-214/2023 xx.xx.2023 Şəxsna Kürdəmir rayonu Dayıkazımlı kəndi. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-214/2023 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərar – 01vərəqədə X4 surəti: Kürdəmir şəhəri iş 3(041)-214/2023 xx.xx.2023 Şəxsna Kürdəmir rayonu Dayıkazımlı kəndi. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-214/2023 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərar – 01 vərəqədə X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar