Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-215/2024 28.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 14.50-də Mən Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayou Xırdapay kəndində yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası Kürdəmir RPŞ DYPB-nin YPX-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21.45 radələrində Kürdəmir şəhəri, Babək prospektində süücülük hüququ olmadan ilidarə etdiyi “VAZ 2101” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtoxuliqanlıq, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Onun Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən olunmuş və xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törədən Şəxs göstərdi ki, özü Kürdəmir rayonu Xırdapay kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə,saat təxminən 22 radələrində idarə etdiyi avtomobillə Kürdəmir şəhəri, Babaək prospektində hərəkətdə olarakən yol hərəkəti qaydalarını pozduğu üçün yol polis əməkdaşları ona saxla işarəsi vermiş və o, sərxoş olduğu üçün qorxub avtomobili saxlamamış və hərəkətinə davam etmişdir. Bir az hərəkətdə olsa da polis əməkdaşları onu məcburi qaydada saxlatdırmış və adını sonradan bildiyi yol polisi Ülvi Süleymanov ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan sənədləri tələb etmiş, o, isə sərxoş olduğu üçün Ülvi Süleymanovla mübasiə edərək ucadan qışqırıb onu nalayiq ifadələrlə təhqir etmiş, polis əməkdaşalrı onu Kürdəmir RPŞ-nə aparmaq istəyən o, etirazını bildirərək onların qanuni tələbklərinə tabe olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. O, polis əməkdaşlarından üzr istəmişdir.Onu xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə gətirdikdən sonra 1 gün Kürdəmir RPŞ MSY-də saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də inspektor vəzifəsində işləyir.xx.xx.2024-cü il tarixdə,saat 21.45 radələrində Kürdəmir şəhəri,Babək prosoektində xidmətdə olan zaman “VAZ 2101” markalı, **-BK-*** dövlət qeydiyyat işanlı avtomobilin yüksək sürətlə hərəkət edərək əks yola çıxmaqla ötmə əməliyyatı və manevr qaydalarını pozduğu üçün tərəfindən saxla işarəsi vermiş, lakin adını sonradan bildiyi Şəxs idarə etdiyi avtombili saxlamamış və öz hərəkətərinə davam etmişdir. O, dərhal bu barədə 7657 çağrı iləkömək üçün patrul çağırmış və həmin avtomobili Kürdəmir rayonununYenikənd kəndinədək təqib etdikdən sonra onu saxlaya bilmişlər. Ona yaxınlaşb özlərini təqdim edib ondan idarə etdiyi avtomobilin və onun özünün sənədlərini tələb etsə də adını sonradan bildiyi Şəxs sərxoş olduğu üçün ucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir etmişdir. Bundan sonra onu şöbəyə dəvbət etsələr də Şəxs tabesizlik göstərərək polisin qanuni tələblərinə tabe olmamışdır.Bundan sonra onu məcburi qaydada polis şöbəsinə aparıb barəsində inzibati xta haqqında protokol tərtib edilmişdir. Şəxs əməli özünün səmimi etirafı, şahid ifadəsi və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də o, AR.İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialalrına əlavə edilmiş sərxoşluq vəziyətinin tibbi müayinəsi aktından görünür ki, Osmanov X2 orta dərəcəli sərox olmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun səmimi peşman olmaqla ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngülləşdirən hal kiminəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə,inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə təqsirli bilinib barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla ona 30 ( otuz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-215/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-215/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver