Məhkəmə qərarları › İş №3(041)-216/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-216/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-216/2025 26.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkarın nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Kürdəmir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqa yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səlimova X5 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 224/2024 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-224/2024 saylı qətnaməsindən cavabdeh X3 verdiyi apellyasiya şikayəti qismən təmin edilərək 7 qarm çəkidə 585 əyarlı 1.7 karat brilyant qaşları olan 1 ədəd nişan üzüyü və 5 qram çəkidə 585 əyarlı 1 ədəd qolbaq borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənəd icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs icra sənədini icra etməkdən yayınmışdır. Tələbkarın şikayətləri əsasında borclu Şəxs onun dəvətilə Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış, icra sənədini icra etməkdən yayındığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədlərindən məlumatı var. Hazırda icra sənədini icra edə bilmir, həmin əşyaların dəyərini bir dəfəyə ödəməyə imkanı yoxdur, heç bir yerdə işləmir, 2025-ci ilin mart ayının 13-nə kimi icra sənədini icra edə bilər. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkarın nümayəndəsi X4 izahatında göstərdi ki, bu günə qədər icra sənədi borclu Şəxs tərəfindən icra edilməyib, hazırda borclu icra sənədini icra etmək niyətində deyil. Borcunu ödəməkdən yayındığı üçün Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-224/2024 saylı qətnaməsibdən cavabdeh X3 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş və 7 qarm çəkidə 585 əyarlı 1.7 karat brilyant qaşları olan 1 ədəd nişan üzüyü və 5 qram çəkidə 585 əyarlı 1 ədəd qolbaq borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi borclu Şəxs tərəfindən icra edilmədiyi üçün onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu P.H.Səlimov heç bir üzrlü səbəb olmadan icra sənədlərini tam olaraq icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar