Məhkəmə qərarları › İş №3(041)-217/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-217/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-217/2023 03.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Başçısı Aparatının, Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) X1 iştirakı ilə xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi sahibkar, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan- Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş hüquqi şəxsə az miqdarda ziyan vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki,özü Kürdəmir rayonunun Şahsevən kəndində yaşasa da onun Kürdəmir şəhəri, Bakı prospektində yerləşən özünə məxsus “ Ll” market adlı dükanı vardır. O, həmin dükanda 2010-cu il tarixdən fəaliyyət göstərir. Dükanının qarşısında avtomobillərin sərbəst dayanması üçün dekanın qarşısında olan beton plitələri çıxarmışdır. Bundan sonra Kürdəmir ayon İcra Hakimiyyətinin nümayəndəsi gələrək qanunsuz əməl tərətdiyini bildimiş və onun qanunsuz hərəkətlərinə görə 510 manat ziyan hesablanmışdır. Hazırda o, əməlindən peşmandır. O, vurmuş olduğu ziyanı tam ödəmiş və həmin beton plitələri yerinə bərpa etmişdir. Onlar barışmışlar, odur ki, barəsində olan inzibati material xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüauai şəxs Zərərçəkmiş şəxs Başçısı Aparatının, Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) X2 izahatında göstərdi ki, o,xx.xx.2019-cu il tarixdən Kürdəmir rayonu İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyir.Şəxs rayon sakini və sahibkar kimi tanıyır. Kürdəmir şəhəri, Bakı prospektində şəhərin işıqlandırılması üçün qazıntı işləri aparılarkən Şəxs bundan istifadə edərək heç bir icazə almadan özbaşına 24 metr uzunluğunda bardoru və 24 kv.metr səki daşlarını sökmüş və ərza dükanına avtomobil yolunu açmışdır. Dəfələrlıə rayon İcra Hakimiyyəti tərəfindən şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs səki daşalrını və bardoru bərpa etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, ziyanı ödəmiş və bardoru və səki daşlarını yerinə bərpa edərək vurduğu maddi ziyanı aradan qaldırmışdır. Hazırda onlar barışmışlar. Odur ki, Nizami barəsində inzibati materiala xitam verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüququi şəxs Zərərçəkmiş şəxs Başçısı Aparatının, Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) X1 ərizəsindən görünür ki, inzibati xəta hadisəsi törədən Şəxs vurmuş olduğu maddi ziyanı ödəmiş və onunla barışmışlar. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsi törədən Şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tamamilə ödəyərək barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməklə barışdığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar