Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-218/2024 01.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmişşəxs Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə xx.xx.1983-cü Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Kəlbəcər şəhəri, S.Vurğun küçəsi,ev 4-də qeydiyyatda olmaqla,Kürdəmir rayonu Yeni Qəsəbə, bina 6, ev 11-də yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Zərərçəkmiş şəxs 100 manat latareya pulunu etibardan sui-istifadə etməklə dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, onlar bir qrup şəxslərlə birlikdə, Könül də daxil olmaqla latareya oynamış və Könülü npvbəsi çatanda 100 manat pulu könülə ödəyə bilməmişdir. Məhkəmə tərəfindən verilən vaxt ərzində o, 70 manat ödəniş etmiş, qalan 30 manatı da həftə sonu ödəyəcidr və zərərçəkmiş şəxslə aralarında barışıq əldə etmişdir.Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla ona dəymiş ziyanı tamailə ödəməsini nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş iş üzrə Zərərçəkmiş şəxs göstərdi ki, 6nəfər bir yerdə 100 manatdan latareya oynamış onun növəsində Babaək ona çatan 100 manatı verməmiş və onu aldatmışdır. Hazırda Babək 70 manat ödəmiş qalan 30 manat pulu da həftə sonu ödəyəcəkdir. Hazırda ona dəymiş ziyan ödənimişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Onlar barışmışlar. Odur ki, Babək barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Şəxs əməli özünün etirafı, zərərçəkmiş hüquqi şəxsinizahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, xırda talama, yəni özgəsinin əmlakını gizli yolla oğurlamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi İnan Metinin ərizəsindən görünür ki, onlar barışmış və inzibati xəta hadisəsi törədən Şəxs ona dəymiş ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsində göstərilir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyinə görə inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 39.2,53.0.10, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-218/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-218/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver