Məhkəmə qərarları › İş №3(041)-223/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-223/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-223/2024 29.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.45-də Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1971-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Kürdəmir şəhəri, Koroğlu küçəsi,ev 57,mənzil 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Zərərçəkmiş şəxsnna məxsus obyektin həyətindən dəmir parçalarını qapısını gizli yolla oğurlayaraq zərərçəkmiş şəxsə 300 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxsn oğlunun şikayət ərizəsi əsasında Kürdəmir rayon Polis şöbəsin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlnılması rədd edilmiş, onun əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan xx.xx.2024-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, Kamran onun yeznəsdir. Kamranın obyektinin yaxınlığında onun mərhum atasına məxsus ferması vardır və o, femada olan dəmirləri ararmaq istəyərkən Kamran bunu görmüş və özünün də itən dəmirlərinini onun oğurlamasından şübhələnmişdir.O, Kamranın dəirlərini oğurlamamışdır. Onun həmin dəmirlərdən xəbəri yoxdur. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxsn izahatında göstərdi ki, Kürdəmir rayonu Atakişili kəndində onun “Çıraq” kafesi vardır. Kafenin arxa həyəti geniş olduğu üçün tikintidə istifadə olunmuş və gələcəkdə isifadə ediləcək dəmirləri həyətə yığmış və xeyli müddət dəmirlərə nəzarət etməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə kafenin yaxınlə\önda oolan və Vüqarın mərhum atasına məxsus fermadan yük maşını çıxdığını görüb həmin yerıə getmiş və avtomobilə baxanda avtomobilin yük yerinə ona məxsus dəmirlərin olduğunu görmüşdür. Bundan sonra o, polis şöbəsinə şikayət edərək Vüqarın ona məxsus dəmirlərini oğurlaması barədə məlumat vermişdir. Ona 300 manat maddi ziyan dəmiş və ona dəymiş ziyan ödənilmədiyi üçün o, Vüqarla barışmamışdır. Odur ki, Vüqar barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs əməli özü etiraf etməsə də zərərçəkmiş şəxsin izahatı və əhkəmə öz daxili inamına və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus kafenin həyətindən dəmirləri oğurlamaqla ona 300 manat maddi ziyan vurmuşdur. Məhkəmə Şəxs məhəkəmə verdiyi ifadəsinə tənqidi yanaşar onun ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs məsiliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 000302 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə,saat 15.00da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar