Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-229/2025 27.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X12, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Ərşəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-97/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-97/2024 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş X8 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarinda alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmasına baxmayaraq icra sənədi bu günə kimi tam şəkildə icra edilməmişdir. Hazırda borclunun tələbkara olan borcu 4350 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-97/2024 nömrəli icra sənədindən məlumatı var. İcra sənədini icra etməli olduğunu dərk edir, icra sənədinin icrasından yayınmaq fikri olmamışdır. O, 400- 500 manat pul göndərmiş, lakin çekləri yoxdur. Hazırda heç bir yerdə işləmədiyindən icra sənədi üzrə yaranmış borcunu ödəyə bilmir. Həmçinin uşaqlardan biri artıq bir ildir onun yanında qalır və uşaq tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-97/2024 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarinda aliment tutularaq tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. - xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-97/2024 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; - Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokola əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-97/2024 saylı icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən ödənilməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 3(041)-229/2025 nömrəli qərarı (hakim R.B.Mehdiyev) ilə X1 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 3(041)-229/2025 nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) X9 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Kürdəmir Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 3(041)-229/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsində apellyasiya məhkəməsiningəldiyi nəticəyə görə birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, uşaqların qanuni olaraq valideynlərdən hansına verilməsi, borclunun aliment borcunu ödəməməsinin səbəbləri, bu səbəblərin üzrlü olub-olmaması aydınlaşdırılmamış, yuxarıda qeyd olunan sübutlara kifayət qədər ciddi yanaşmadan yalnız borclunun borcunu ödəməkdən yayınmaması və uşaqlardan birinin onun yanında qalması ilə bağlı ifadəsi əsas gətirilərək iş üzrə səthi qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə yekun nəticəyə gəlinməlidir. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-97/2024 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarinda alimentin tutularaq tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclunun icra sənədi üzrə 4350 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında borclu uşaqlardan birinin, yəni xx.xx.2012-ci il tarixdə doğulmuş X3 onun yanında qalmasını və uşaq tələbi ilə məhkəmədə iddia qaldırmasını bildirsə də, onun alimentdən azad edilməsi ilə bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları onu göstərir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Odur ki, icra məmuru tərəfindən barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21. 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-229/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-229/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver