Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-23/2023 10.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru Şirnalıyev Məhərrəm Ramiz oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlabbas oğlunun iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qasımov X4 rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmaqla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən aydın olur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nın 395.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati qaydada 300 manat məbləğində cərimə edilmişdir. Qərar icra olunması üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmiş, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nın 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, sözü gedən qərarın icrası ilə bağlı borcluya könüllü icra üçün müəyyən olunmuş vaxta tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Bütün icra tədbirlərinə baxmayaraq borclu icra sənədini icra etməmişdir. M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Azərbaycan Respublikası İXM-nın 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İcra sənədini maddi durmu zəif olduğu üçün bu günə kimi icra edə bilməmişdir. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İcra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs edilmiş Şəxs izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın oldu ki, Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan bu günə kimi icra edilməmiş. Qərar icra edilmədiyi üçün Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinin tərkibi yaranmışdır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati ictimai işlər tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 23.1-ci maddəsinə görə ictimai işlər yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində göstərilir ki, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 154.2-ci maddəsində göstərilir ki,barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur. Həmin Məcəllənin 154.7-ci maddəsinin tələbinə görə ictimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır. Həmin Məcəllənin 145.1.6-cı maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. 29 iyun 2020-ci il tarixli 148-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni məzmunda 28.3-1-ci maddə əlavə edilmişdir: “28.3-1. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 23, 28, 40, 43, 106-115,117 və 129-130 və 154-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 170 (bir yüz yetmiş) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-23/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-23/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver