Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-230/2025 18.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Şahbazova Göyçək Kamil qızının katibliyi, zərəçəkmiş şəxslər X5 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 338.7-ci maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında prortokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, o, heyvanlarını saxlanılması üçün Adgözəlov Akifə vermiş və hər ay mütəmadi olaraq 150 manat olmaqla heyvanların baxımına ödəniş etmişdir. Polis şöbəsində “Cinayət işinin başlanılması rədd edilməsi haqqında” qərar qəbul edilmiş, onun əsasında barəsində protokol tərtib edilmişdir. O, həmin qərardan prokurorluğa şikayət vermiş, qərar ləğv edilmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, gecə radələrində Kürdəmir rayonu Söyüdlər kəndindən çıxıb evlərinə gedən zaman qəflətən idarə etdiyi “VAZ 2107” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillin qarşısına bir baş iri buynuzlu heyvan çıxmış və həmin heyvanı avtomobillə vurmuşdur. Həmin heyvan sahibsiz qaydada asfalt yola çıxmışdır. Sonra da həmin heyvanın Şəxs məxsus olduğunu bilmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X5 izahatında bildirdi ki, həmin gün yasdan qayıdarkən yolun ortasına iri buynuzlu heyvan çıxmışdır. Həmin vaxt avtomobilin sürəti 60 km/saat olmuşdur. Bu zaman həmin heyvanı vurmuşlar. “VAZ 2107” nömrəli avtomobilin ban hissəsi çökmüşdür. Nəticədə o, yaralanmışdır. Hazırda üzündə implant var və çıxarılmalıdır. Lakin maddi imkanı yoxdur. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, protokol və ona əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı əsasında qəbul edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 rayon prokurorluğuna şikayət etmişdir. Kürdəmir rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz hesab edilərək, xx.xx.2025-ci il tarixdə ləğv edilmiş və əlavə araşdırılma aparılması üçün Kürdəmi RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Göründüyü kimi, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 338.7-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-230/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-230/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver