Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-232/2023 28.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon polis şöbəsinin DYPB-nin baş inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan, (AZE********) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “Kia Rio” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2023-cü il tarixdə, saat 18.30 radələrində Kürdəmir rayonu Mollakənd kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirmiş və avtomobili yolun hərəkət hissəsindən sağ kənarda yerləşən beton elektrik dirəyinə vurararq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18.30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini pozaraq idarə etdiyi “Kia Rio” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2023-cü il tarixdə, saat 18.30 radələrində Kürdəmir rayonu Mollakənd kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirmiş və avtomobili yolun hərəkət hissəsindən sağ kənarda yerləşən beton elektrik dirəyinə vurararq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Toplanmış material təhqiqat aparılması üçün Kürdəmir RPŞnın TB-nın təhqiqatcısı Orxan Ağayevin icraatına verilmişdir. Aparılmış araşdırma zamanı Şəxs izahatları alınmış, onun əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nın 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-DYPB-ya göndərilmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, etibarnamə əsasında Kia Rio” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobi idarə edir, xx.xx.2023-cü il tarixdə, saat 18.30 radələrində həmin avtomobillə Kürdəmir rayonu Mollakənd kəndi ərazisində hərəkətdə olarkən ani olaraq idarə etməni itirmiş və avtomobili yolun hərəkət hissəsindən sağ kənarda yerləşən beton elektrik dirəyinə vurararq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nın 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 333.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 153.3-cü maddəsinə görə xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Ağsu rayonu 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə, Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablansın. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-232/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-232/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver