Məhkəmə qərarları › İş №3(041)-232/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-232/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-232/2025 28.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta məktəbdə müəllim işləyən, ali təhsilli, Kürdəmir rayonunun Ərşəli kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2025-ci il tarixdə tarixdə saat 13 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin inzibati binasının daxilində Zərərçəkmiş şəxs nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Kürdəmir rayon Ərşəli kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə tarixdə saat 13 radələrində Kürdəmir RPŞ-nin inzibati binasında rəis müavinin qəbul otağında həmkəndlisi Zərərçəkmiş şəxs qarşı nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, o, 20 ilə yaxındır ki, məktəbdə müəllim işləyir. Heç bir söyüş, nalayiq ifadə işlətməmişdir. Sadəcə olaraq Zərərçəkmiş şəxs onun qızının adına söz işlətdiyi üçün o da qarşılıq üçün ona cavab vermişdir. Aralarında illərdir davam edən münaqişə torpaq mübahisələri üstündə yaranmışdır. Sonda o, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə 13 radələrində Kürdəmir rayon Polis şöbəsinin nzibati binasında rəis müavinin qəbulu zamanı ona nalayiq ifadələr işlədərək təhqir etmişdir. Onun şərəf və ləyaqətini alçaltmışdır. Odur ki, onun barəsində ağır tənbeh tədbiri görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Rzayev X3 RPŞ-də xx.xx.2025-ci il tarixdə həmkəndlisi Şəxs tərəfindən təhqir olunmasını bildirərək onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməsə də məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat Kürdəmir Rayon Polis Şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs qarşı nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən İXM-in 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq və iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar