Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-233/2023 28.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Syfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Kürdəmir rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Muğanlı kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Muğanlı kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı ağacla sonuncunun kürək nahiyəsindən qəsdən vuraraq fiziki ağrılar yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İnzibati xəta törədən Şəxs göstərdi ki, Nuranə onun arvadıdıdr. Münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə o, evə gəlmiş və Nuradən yeməkm istəmiş, Nuranə isə yeməyi uşaqlara verdiyini dediyi üçün əsəbləşərək onunla mübahisə edib sobanın yanında olan odun parçasını Nuranəyə tərəf atmış və odun parçası Nuranənin kürəyinə dəymişdir. Hazırda o, Nuranədən üzr istəmiş və ona dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Xəyal onun əridir. Münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə saat təxminə 20 radələrində Xəyal sərxoş vəziyyətdə evə gəlmiş və ondan yemək tələb etmişdir. O, isə yeməyi uşaqlar verdiyini demiş, Xəyalda onunla mübahisə edərək sobanın yanında olan odun parçasını atmış və odun parçası kürəyinə dəymişdir. O, Kürdəmir RPŞ-nə gələrək Xəyalın onu döyməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda Xəyal onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Xəyal barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 08 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində boyunun sağ yan səthində çızıqların küt əşya təsirindən əmələ gəlməsi və ağırlıq dərəcəsinə görə dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, inzibati xəta hadisəsi törədən Şəxs onunla barışmışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsi törədən Şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barşıdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Ona görə dəməhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-233/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-233/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver