Məhkəmə qərarları › İş №3(041)-234/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-234/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-234/2023 13.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7 X1İ ilə, xx.xx.1986-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Yevlax regional idarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq,1 M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Yevlax regional idarəsindən daxil olmuş xx.xx.2023cü il tarixli MN0315892 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 11.30 radələrində Bakı-Qazax yolunun 184-cü kilometrliyində Kürdəmir rayon ərazisində yerləşən 721 saylı YPX postunun qarşısında “Ford Tranzit” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tələb olunan sənədləri təqdim etməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Yevlax regional idarəsinin kiçik inspektorları X2, X4 və X5 tərtib etdikləri xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023cü il tarixdə Kürdəmir rayon ərazisində reyd zamanı “Ford Tranzit” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz yükdaşıma fəaliyyəti aşkar edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 40 və həmçinin xx.xx.2009-ci il tarixli, 71 nömrəli qərarlarının tələblərinə uyğun yoxlama keçirilmiş, yoxlama zamanı sürücü Şəxs qanunsuz, yəni fərqlənmə nişanı olmadan sərnişindaşıma fəliyyəti ilə məşğul olduğu aşkar olunmuş, həmçinin sürücü qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməkdən imtan etmiş və idarənin əməkdaşlarına vəzifələrini yerinə yetirməyə maneə olmuşdur. Sürücü Şəxs törətdiyi inzibati xətanın mahiyəti izah olunmuş, inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmiş, lakin Şəxs inzibati xəta haqqında protokolun sürətini qəbul etməkdən və protokola imza etməkdən imtina etmişdir. Şəxs əməli iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXMnin 552-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşğıda həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 (əlli) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar