Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-234/2025 04.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, icra sənədləri üzrə tələbkar Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bəşirova X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1954/2021 nömrəli və xx.xx.2024-cü il tarixli 2(041)-958/2024 nömrəli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1954/2021 nömrəli icra sənədinə əsasən Şəxs ümumilikdə 4130 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi, həmçinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-958/2024 nömrəli icra sənədinə əsasən Şəxs 2250 manat dəyərində qızıl-zinət əşyalarının özləri, həmin əşyalar olmadıqda 2250 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra sənədləri Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədləri borclu tərəfindən icra edilməmiş, onun iki icra sənədi üzrə tələbkarlara olan ümumi borcu 6380 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, lombard fəaliyyəti ilə məşğul olur, barəsində olan icra sənədlərindən məlumatı var, bir müddət əvvəl tələbkar Zərərçəkmiş şəxs1 lombarda gələrək 2250 manat dəyərində qızıl-zinət əşyaları təqdim edərək pul götürmüş və faizi ilə bərabər qaytamışdır, həmin pulu qaytarmasına baxmayaraq Bakı şəhərində yerləşən lombardda müəyyən problemlər yarandığından Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını qaytara bilməmişdir. Digər icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 ümumiyətlə borcu olmayıb, həmin qətnamə ona təqdim edilmədiyi üçün məhkəməyə müraciət edərək qətnaməni tələb etmiş, tələbindən sonra orada çalışan adlarını bilmədiyi şəxslər onu məhkəməyə dəvət edərək ona bir-iki sənədə imza etdirmişlər, lakin qətnaməni ona təqdim etməmişlər, həmin qətnamə bu günə kimi ona təqdim edilməmiş, həmçinin onun xəbəri olmadan kimlərinsə onun yerinə apellyasiya şikayəti yazdığını sonradan bilmişdir. Bütün bu mübahisələri həll edə bilməsi üçün ona vaxt verilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, pula ehtiyacı olduğuna görə 2022-ci ildə lombart fəaliyyəti ilə məşğul olan Şəxs müraciət edib özünə məxsus qızılzinət əşyalarını girov qoyaraq ondan nağd pul götürmüşdür. Cavabdehlə aralarında olan razılaşmaya görə cavabdehdən aldığı pulları ona ödədikdən sonra ona girov verdiyi qızıllarını ona qaytarmalı idi. O, aldığı pulları faizi ilə birlikdə cavabdehə qaytarsa da borclu Şəxs həmin qızılları satdığını bildirib ona qaytarmaqdan imtina etmişdir. Dəfələrlə cavabdehlə aralarında olan razılaşmaya əməl etdib qızıllarını qaytarmasını tələb etməsinə baxmayaraq cavabdeh ona məxsus olan qızılları qaytarmaq istəməmişdir. Bununla bağlı iddia ərzəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmiş, iddiası təmin edilərək Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041)-958/2024 nömrəli qətnaməsi ilə Şəxs 2250 manat dəyərində qızıl-zinət əşyalarının özləri, həmin əşyalar olmadıqda 2250 manat pul alınıb ona ödənilməsi qət edilmişdir. 2024-cü ilin oktyabr ayına Şəxs qızıl-zinət əşyalarını qaytaracağı ilə bağlı dediklərinə razı olduğu üçün borclu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq Şəxs verdiyi sözü əməl etməmiş, hərdəfə onu aldadaraq borcunu ödəməkdən yayınmışdır. Borcunu ödəməkdən yayındığı üçün Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1954/2021 nömrəli icra sənədinə əsasən Şəxs ümumilikdə 4130 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi, həmçinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)- 958/2024 nömrəli icra sənədiə əsasən Şəxs 2250 manat dəyərində qızıl-zinət əşyalarının özləri, həmin əşyalar olmadıqda 2250 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra sənədləri Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədləri borclu tərəfindən icra edilməmiş, onun iki icra sənədi üzrə tələbkarlara olan ümumi borcu 6380 manat təşkil edir. Hər iki icra sənədini icra etməkdən yayındığı üçün borclu Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(041)-910/2024 saylı qərarınan görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1954/2021 nömrəli və xx.xx.2024-cü il tarixli 2(041)-958/2024 nömrəli icra sənədləri Şəxs tərəfindən icra edilmədiyi üçün onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etdilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bütün bu mübahisələri həll edə bilməsi üçün ona vaxt verilməsini xahiş etdiyinə və tələbkarın da Şəxs vaxt verilməsinə razı olduğuna görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədlərini tam olaraq icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-234/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-234/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver