Məhkəmə qərarları › İş №3(041)-235/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-235/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-235/2024 29.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1999-cu ildə Ukrayna Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. X2 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-26/2023 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs oğlu-xx.xx.2017-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə və bazar günləri saat 12.00-dan saat 18.00-dək anasının iştirakı olmadan ünsiyyət saxlamağına şərait yaradılması və bununla bağlı hər hansı formada manelər yaratmaq cavabdeh Şəxs qadağan edilməsi qərara alınmşdır. İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini icra etməmişdir. Şəxs qərəzli olaraq icra vərəqsinin icrasından yayınır. Belə ki, Şəxs xx.xx.2017-ci il təvəllüdlü Onur Xəlilovun hazırda Azərbaycan Respublikasından kənarda olduğunu bildirir və o, tələbkara heç bir maneçilik törətmədiyini bildiri. Hesab edir ki, uşağın görüşməsinə mane olan Leyladır. Odur ki, barəsində onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, onun icra sənədindən məlumatı vardır və bu səbəbdən də dəfələrlə icra və Probasiya şöbəsinə dəvət edilmişdir. Uşaq hazırda Ukrayna Respubliaksındadır və orada məktəbə gedir, tələbkar istəyirsə gedib uşaqla görüşə bilər. O, tələbkara heç bir maneçilik törətmir. Çnüki özü burdadır, uşaq isə Ukrayna Respublikasında. Tələbkar maddi vəziyyətinin olmadığını göstərir və bildirir ki, o, Ukrayna Respubliaksına gedə bilmir. Onun Ukraynaya gedə bilməməsinin günahkarı o, deyildir. xx.xx.2017-ci il təvəllüdlü Onur Xəlilovun atası ilə görüşməsinə etiraz etmir, istədiyi vaxt gedib uşağını görə bilər və onun yaşadığı ünvan da tələbkara məlumdur. Onun heç bir qərəzi yoxdur və barəsində tərtib olun inzibati xəta haqında protokol da əsassızdır. Məhkəmə icalasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2023-cü il tarixli qərarı ilə onun oğlu xx.xx.2017-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə və bazar günləri saat 12.00-dan saat 18.00-dək anasının iştirakı olmadan ünsiyyət saxlamağına şərait yaradılması və bununla bağlı hər hansı formada manelər yaratmaq cavabdeh Şəxs qadağan edilməsi qərara alınsa da Şəxs qərəzli olaraq uşağı Ukrayna Respublikasına aparmışdır. Onun Ukraynaya gedib uşağı ilə görüşməsinə maddi imkanı da yoxdur, digər tərəfdən özü Rusiya vətəndaşıdır. Məlum hadisələrə görə o, Ukraynaya gedə bilmir. X7 təhsil alır, o, uşağının Ukraynada təhsil almasını istəmir. Hesab edir ki, Leyla özü qərarın icrasında maraqlı deyildir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə barəsində inzibati icraat açılmış Şəxs, icra məmuru Məhərrəm Şirnaliyevin və tələbkar Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarına araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində gösərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkələri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzrdə tutulmuşdur. Qeyd olunan normanın məzmumundan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzrdə tutuluş inzibati xətanın baş verməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxsin icra sənədini üzrsüz səbəblərdən icra etməməsi zəruridir. Barəsində inzibati icraat açılmş şəxs Şəxs tələbkarın uşaqla görüşməsinə heç bir manəçilik törətmədiyini ifadə edir. Tələbkarın uşaqla görüşməsinə onun maddi imkanının olmaması və ya onun Rusiya Federasiyasının vətəndaşı olduğu üçün hazırda azyaşlı oğlu Onur Xəlilovun yaşadığı Ukrayna Respublikasına gedə bilməməsinə Şəxs səbəb deyildir və bu hazırki protokolun tərtib edilməsi üçün əsas deyildir. İcra məmuru Şəxs barəsində İnzibati xəta haqqında protokol tərtib edərkən qeyd edilən halları araşdırmamış, azyaşlı X5 Respublikasında təhsil almasına diqqət yetirməmişdir. Məhkəmə hesab edir ki, Şəxs uşağın atası ilə görüşməsinə maneçilik törətməsi sübut olunmur və hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar