Məhkəmə qərarları › İş №3(041)-236/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-236/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-236/2024 11.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,R.Axundov küçəsi,ev 24-də yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2021-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X4 göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1491/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçü hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla,ümumilikdə 200 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin borcunu tam ödəmədiyi üçün onun 5800 manat aliment borcu qalmışdır. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində 1000 manat ödəmiş, qalan orcunu da hissə-hissə ödəyəcəyi barədə tələbkarla aralarında razılıq əldə edilmişdir. Onunla aparılan fərdi söhbət zamanı bir müddət işləmədiyi üçün məhkəmə qətnaməsini tam icra edə bilmədiyini və məhkəmə qətnaməsinə hörmətlə yanaşdığını bildirmişdir. Məhkəmədə iclasında Şəxs göstərdi ki, özü əvvəllər telefon ustası olmuş və alimenti vaxtı-vaxtında mütəmadi olaraq ödəmişdir. Sonradan o, törətdiyi əmələ görə həb edilmiş, həbsdə olan müddətdə aliment borcu ödənilməmiş və onun 5800 manat aliment borcu yaranmışdır. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində aliment borcundan 1000 manat ödəmiş və qalan borcunu da hissə-hissə ödəyəcəyi barədə tələbkar Şəfanə Baxşıyeva ilə aralarında razılıq əldə etmişdir. O, məhkəmə qərarına hörmətlə yanaşır və icra vərəqəsininin icra olunmaması ilə bağlı heç bir qərəzi yoxdur. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru İlham Əliyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1491/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçü hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla,ümumilikdə 200 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat açılmış şəxs həbsdə olduğu üçün aliment borcunu ödəyə bilməmiş və məhkəmə qərarını üzrlü səbəblərdən icra edə bilmədiyini, məhkəmə qərarına hörmətlə yanaşdığını göstərmişdir. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində aliment borcundan tələbkara 1000 manat ödəmiş, qalan borcunu da hissə-hissə ödəyəcəyi barədə tələbkar ilə aralarında razılaşma əldə etdiyini bildirmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar