Məhkəmə qərarları › İş №3(041)-237/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-237/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-237/2023 28.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1980-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, evli, işsiz, Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsi,ev 9-da qeydiyyatda olan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsində Kərimli Fəhmin oğlu ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X2 raportu əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığ Kürdəmir şəhəri,S.Şıxaliyev küçəsində tanışları ilə söhbət edərkən söhbət əsnasında tanışı ilə münahisə etmiş, həmin vaxtı əsəbi olduğu öz hərəkətlərini idarə edə bilməmişdir. Bu vaxt 2 nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan sakitləşməsini xahiş etsələr də o, sakitləşməmiş və qanunsuz hərəkətlərinə davam etmişdir.Adını sonradan bildiyi Fəhmin adlı polis əməkdaşı onu polis şöbəsinə dəvət etmiş, o, isə polis şöbəsinə getməkdən qorxdğu üçün polis əməkdaşları ilə mübahisə edərək adını Fəhmin Kərimlini nalayiq ifadələrlə təhqir etmişdir. Əməlindən peşmandır. İlk dıəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də baş inspektor vəzifəsində işləyir. Şəxs oğlunu əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsində xidmətdə olarkən bir neçə şəsin bir yerə topladığını görüb həmin yerə yaxılnaşmaq istəyəndə bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq ifaələr işlətdiyini görüb özlərini təqdim etdikdən sonra adını sonradan bildikləri Şəxs sakitləşməsini xahiş etsələr də o, sakitləşməmiş və qanunsuz hərəkətlərinə davam edərək onu ucada qışqırıb nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı zərərçəkmiş şəxsin izahatı,hadisənin baş vermə şəraitindən, habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olasını məsuliyyətini yüngülləşdirənhal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, tərəflər arasında belə halların dəfələrlə təkrar olunmasını və belə halların qarşısını almaq üçün məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar