Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-237/2024 11.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1984-cüildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X3 göstərdi ki, Binəqədi rayon məhkəməsinin 2(001)-7297/2014 saylı icra sənədinə əsasən Şəxs və X2 müştərək qaydada ümumilikdə 404,72 manat tutularaq kreditor Zərərçəkmiş şəxs3 Nuru oğluna ödənilməsi və bundan başqa Kürdəmir Rayon Məhkəməsinin 2(041)-971/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş Abasova Aydan bəhruz qızı və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat olmaqla, ümumilikdə 300 manat aliment tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi, Kürdəmir rayon məhkəməsinin 2(041)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1177 manat tutularaq Zərərçəkmiş şəxs1MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin borcunu tam ödəmədiyi üçün onun Binəqədi rayon məhkəməsinin icra sənədi üzrə 404,72 manat, Kürdəmir rayon məhkəməsinin icra sənədi üzrə isə 1250 manat aliment borcu qalmışdır. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində aliment borcunu tam ödəmiş, digər icra sənədi üzrə borcunu hissə-hissə ödəyəcəyi barədə iltizam vermişdir. Onunla aparılan fərdi söhbət zamanı bir müddət işləmədiyi üçün məhkəmə qətnaməsini tam icra edə bilmədiyini və məhkəmə qətnaməsinə hörmətlə yanaşdığını bildirmişdir. Məhkəmədə iclasında Şəxs göstərdi ki, Binəqədi rayon məhkəməsininicra sənədinin tam icra edildiyini hesab etmişdir. Çünki həmin borc müştərək qaydada tutulması qərar alınmışdır və Orxan Qurbanov borcu ödədiyini bildimişdir.Kürdəmir rayon məhkəməsinin 2023-cü il tarixli icra sənədini mütəmadi olaraq icra etmiş, lakin bir müddət iş olmadığı üçün alimenti ödəyə bilməmiş və onun alimet borcu qalmışdır. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində 1250 manat aliment borcu tam ödəmiş və Binəqədi rayon məhkəməsi üzrə qalan borcunu da ayın sonunadək hissə-hissə ödəyəcəkdir. O, məhkəmə qərarına hörmətlə yanaşır və icra vərəqəsininin icra olunmaması ilə bağlı heç bir qərəzi yoxdur. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru Məhərrəm Şirnalıyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Binəqədi rayon məhkəməsinin 2(001)-7297/2014 saylı icra sənədinə əsasən Şəxs və X2 müştərək qaydada ümumilikdə 404,72 manat tutularaq kreditor Zərərçəkmiş şəxs3 Nuru oğluna ödənilməsi və bundan başqa Kürdəmir Rayon Məhkəməsinin 2(041)-971/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş Abasova Aydan bəhruz qızı və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat olmaqla, ümumilikdə 300 manat aliment tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi, Kürdəmir rayon məhkəməsinin 2(041)- 1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1177 manat tutularaq Zərərçəkmiş şəxs1MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat açılmış şəxs işləmədiyi üçün çətinliklər yarandığını və məhkəmə qərarını üzrlü səbəblərdən icra edə bilmədiyini, məhkəmə qərarına hörmətlə yanaşdığını göstərmişdir. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində aliment borcunu tam ödəmiş, Binəqədi rayon məhkəməsinin icra sənədi üzrə olan 404,72 manat borcunu da hazırki ayın sonunadək hissə-hissə ödəyəcəyinəsöz vermişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-237/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-237/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver