Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-238/2024 19.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, X1 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsinin nümayəndəsi X12 Xidmətinin X18 şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi X4 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsinin rəisi, X10 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 izahatında göstərdi ki, X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunması ilə Kürdəmir RPŞ-nin müraciəti əsasında DƏMX-nin X18 şöbəinin məsləhətçisi əmək müfəttişi X8 tərəfindən iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bərsində tərtib olunmuş xx.xx.2021-cü il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixlıi qərar onn iştirakı olamdan tərtib edilmişdir.İş üzrə inzibati araşdırma aparan səlahiyyətli şəxs natamam və səthi yoxlama aparmaqla Kürdəmir RPŞ-nin müraciətini əsas götürməklə belə nəticəyə gəlmişdir ki, güya onun tərəfindən fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb etməklə qanun pozuntularının nədən ibarət olamsı, sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamağı və s.halalr araşdırılmamış və onun Əmək Məcəlləsinin tələbləri pozması göstərilmişdir.Qərarda Əmək Məcəlləsinin hansı tələblərini pozması göstərilsə də səalhiyyətli şəxs hansı fiziki şəxsi nə vaxt,harada və hansı şəraitdə işlərə cəlb etdiyini göstərməmiş bu barədə araşdırma aparılmamışdır.Kürdəmir RPŞ TBnin təhqiqatçısı,polis kapitanı Babək İbrahimbəyli tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, ümumiyyətlə onun sahibkarlı fəaliyyəti ilə məşğul olub-olmamamsı araşdırılmamışdır.O, polis şöbəsində 5-6 saat saxlanılmış verdikləri ifadələri kompyuterdə polis işçisi yazmış,o, yazılan izahatı oxumamış,cinayətdə əli olmamış Rəşadı aralıdan gördüyünü demişdir, polisin nə yazmasından məlumatı olmasa da imza etmişdir. Bakı-Qazax yolunun kənarında Kürdəmir rayon Karrar qəsəbəsində yerləşən “İbrahim” restoranı ona məxsusdur.lakin o həmin restoranı işlətmir və uzun müddtdir ki, icarəyə vermişdir. Özü fiziki şəxs kimi vergi ödəyicisidir. Kürdəmir RPŞ-də xx.xx.2023-cü il tarixdə “İbrahim” restoranını kim tərəfindən işlədilməsi,restoranın kimə məxsus olması,vergi uçotunda nə kimi qeydiyyatda olub-olmaması araşdırılmamış,restoranın sahibi olması qənaitinə gələrək onun əmək müqaviləsi bağlamadan fiziki şəxsi hər hansı işlərin görülməsinə cəlb etməsi kimi nəzərə alınmışdır. Halbuki, həmin vaxt restoranın işlədilməsinə heç bir aidiyyəti olmamışdır. Yuxarıda göstərdiklərini nəzərə alaraq şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edib işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsinin ümayəndəsi X12 Xidmətinin Aran regional şöbəsinin nümayəndəsi X12 Xidmətinin X18 şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi X11 göstərdi ki, X14 hazirki şikayətçi sahibkar X3 məxsus müəssisədə əmək müqaviləsi hüququ qüvvəyə minmədən işlərə cəlb olunması ilə bağlı Kürdəmir rayon polis şöbəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanınfa X12 Xidmətinin X18 şöbəsiə übvanlanan məktuba əsasən tərəflərində araşdırılma arapılmış, “İbrahim” restoranını sahibi Qulam Qarayevin AR Əmək Məcəlləsinin 49.1-ci maddəsinin təəblərini pozması müəyyən edilmişdir. Əmək Məcəlləsinin tələbləri pozulduğu onun AR İXM-nin 192.1-ci maddəsinə uyğun olaraq vəzifəli şəxs qismində inzibati qaydada cərimə edilmişdir. Baza məlumatlarında X13 rayonu Karrar qəsəbəsində yerləşən “İbrahim” restoranını heç bir şəxsə icarəyə verilmədiyi göstərilmiş,lakin həmin təsərrüfat subyektinin fəaliyyəti rəsmi oalraq dayandırılsa da fakitiki olaraq restoran fəaliyyət göstərir. Bu da vergidən yayınmaq üçün edilmiş hərəkət qimi qiymətləndirilir. Bundan başqa Qulam Qarayev polis şöbəsində də verdiyi izahatında “İbrahim “ restoranını ona məxsus olmasını,X7 da “İbrahim” restoranında aşbaz işləməsini bildirmişdir. Yuxarıda göstərdiklərini nəzərə alaraq hesab edir ki, şikayət əsassızdır və X9 tərəfindən verilmiş şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 131.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 30000 (üç min) manat miqdarında cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “X6 əmək qanunvericliinin tələblərini pozduğu üçün barələrində AR İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsinin rəisi Elçin Əliyev tərəfindən imzlanmış xx.xx.2024-cü il tarixli,3-17-5/2-Q-8402/2024 saylıvə X5 ünvanlanmış bildirişdən görünür ki, barəsində tərtib edilmiş inzibati xərta haqqında protokol üzrə inzibati xəta haqqında iş baxılmasının xx.xx.2024-cü il tarixə,saat 11.00-a təyin edildiyi barədə bildiriş göndərilmişdir. . Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN 10665924 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzrdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə şikayət verən Qulam Qarayevi, şikayəti, əlavə edilmiş sənədləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsinin nümayəndəsi Seymur Kərimlini izahatını dinləyərək, öyrənilməsi üçün Kürdəmir RPŞ-dən alınmış HK-1-10 Nnömrəli materialı araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün X1nun göstərdikləri həmin qərarın ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz və təyin edilmiş 3000 manat inzibati tənbeh onun törətdiyi inzibati xətanın xarakterinə uyğun olmaqla qanuni və əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndində göstərilir ki, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqda iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9,21,129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyi yanında X12 Xidməti X18 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-238/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-238/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver