Məhkəmə qərarları › İş №3(041)-239/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-239/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-239/2023 02.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023 il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol natamam olduğu üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış və qərardadda qeyd edilən pozuntular aradan qaldırıldıqdan sonra xx.xx.2023cü il tarixdə təkrar olaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, özü Kürdəmir rayonu Şahsevən kəndində yaşayır. Onun Kürdəmir şəhəri, Bakı prospektində ərzq dükanı vardır. xx.xx.2023-cü il tarixdə o, dükada olakən polis əməkdaşları barəsində olan araşdırma ilə bağlı onu Kürdəmir RPŞ-nə dəvət etdikdə o, getmk istəməmiş əsəbi olduğu üçün polis əməkdaşalrı ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-i İTB-də polis nəfəri işləyir. Şəxs Kürdəmirr ayon sakini kimi tanıyır. Nizami barəsində Kürdəmir RPŞ-də olan araşdırma ilə əlaqədar onun Kürdəmir şəhəri, Bakı prospektində olan ərzaq dükanına gedərək onu Kürdəmir RPŞ-nə dəvət etmiş, lakin Nizami əsəbi halda onunla mübahisə edərək polsi şöbəsinə getməyəcəyini bildirərək ona müqavimət göstərin qanuni tələbə tabe olmamışdır. Onlar da da məcbur olub Nizamini məcburi şəkildə polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı, şahid ifadəsi, inzibatı xəta hadisəsnin baş vermə şəraiti, onun əməlindən peşman olmasını ifadə etməsi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İş materiallarına əlavə ediliş xx.xx.2023-cü il tarixli, AZA 000055 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19.45 inzibati qaydada tutulmuşdur. Məhkəmə, həmçinin barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə baxışınadək, yəni xx.xx.2023-cü il, saat 19.45-dən xx.xx.2023-cü il, saat 11.55-dək inzibati qaydada saxlanmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsini tətbiq etməklə ona təyin edilən cərimə cəzasını yüngülləşdirməyi mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir. İXM-nin 31.4-1-ci maddəsinin tələbinə görə Şəxs inzibati qaydada tutulduğu üçün ona 200 manatın dörddə üçü, yəni 150 manatdan çox inzibati cərimə tənbeh tədbiri tətbiq oluna bilməz. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs inzibati qaydada saxlama müddəti nəzərə alınaraq üzərində qəti olaraq 150 (yüz əlli) manat cərimə cəzası saxlanılsın və dərhal zaldan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar