Məhkəmə qərarları › İş №3(041)-240/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-240/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-240/2025 04.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4, Qərarından şikayət verilən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Məmmədhadi oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 xx.xx.2025-ci il tarixli, MN1786205 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) rəisi X6 xx.xx.2025-ci il tarixli, MN1786205 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün inzibati qərara xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi Kürdəmir rayonunun Carlı kəndində yaşayır və həyətyanı sahəsindəki qurumuş əbrişim ağaclarını yol infrastrukturuna və işıq tellərinə mane olduğu üçün kəsmək məcburiyyətində qalıb. Ağacları kəsdikdən sonra ekologiya əməkdaşları yoxlama aparıblar və şikayətçiyə AR İXM-nin 253.2-ci maddəsi ilə 2000 manat inzibati cərimə tətbiq edilib. Şikayətçi hesab edir ki, cərimə qərarı işin halları tam araşdırılmadan qəbul edilib. Məhkəmə iclasında iştirak edən X7 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Carlı kəndində ailəsi ilə birlikdə yaşayır. X3 uzun müddət xəstəlikdən əzab çəkmişdir. Pulu olmadığından atasına dərman almaq üçün Kürdəmir rayonu, Carlı kənd ərazisində yaşadığı evin yaxınlığından keçən beton kanalın yan tərəfində Carlı bələdiyyəsinin torpaq sahəsində illər əvvəl atası tərəfindən əkilmiş 02 ədəd qovaq cinsli yaş əbrişim ağaclarını kəsmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində özünə məxsus 01 (bir) ədəd dəmir dəstəkli baltanı götürmüş və beton su arxının yan tərəfinə gəlmişdir. O, 02 ədəd qovaq cinsli yaş əbrişim ağacını balta ilə kəsərkən qardaşı Kamil yanına gəlib ağacları kəsməməyini bildirmiş və çıxıb getmişdir. O, 02 ədəd əbrüşüm ağacını kəsdikdən sonra yorulmuş və sonra gəlib götürmək üçün ağacları kəsdiyi yerdə qoyub çıxıb evə getmişdir. 02 ədəd əbrüşüm ağacını kəsməyinə səbəb atası xəstə olması və müalicəyə dərman almalı olmağıdır. Həmin ağacları atası əkdiyi üçün bunun qanunsuz olduğunu bilməmiş və gələcəkdə belə hallara yol verməyəcəkdir. Baxış zamanı aşkar olunmuş 02 ədəd əbrüşüm ağacını o, atasına dərman almaq üçün kəsmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları və bələdiyyə sədri onunla birlikdə həmin əraziyə ağacları kəsdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə baxış keçirmişlər. O, 02 ədəd əbrüşüm ağacından başqa ağac kəsməmişdir. Əbrüşüm ağaclarını tək kəsmiş, ona kömək edən vəətrafda heç kim olmamışdır. O, ağacları kəsib evə gedərkən yolda baltanı itirmiş, sonradan nə qədər axtarsa da tapa bilməmişdir. Göstərilənləri nəzərə alaraq, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 xx.xx.2025-ci il tarixli, MN1786205 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Məmmədhadi oğlu izahatında bildirdi ki, 2022-ci ilin sentyabr ayından 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyir. Kürdəmir rayon Carlı kənd sakini X9 tərəfindən kənd ərazisində ağacların kəsilməsi ilə bağlı idarəyə daxil olmuş şifahi məlumat xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Carlı bələdiyyəsinin sədri İkram Zərbəliyevin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı həmin kənddə ağaclar kəsilən əraziyə baxış keçirmişlər və baxış zamanı həqiqətən Carlı kənd ərazisindən keçən beton kanalın yan tərəfində köküstə yaş halda olan 2 (iki) ədəd diametrləri 48 sm və 32 sm olan əbrüşüm-qovaq cinsli ağacların kök boğazından kəsilərək məhv edilməsi faktı aşkar olunmuşdur. Baxış zamanı Carlı bələdiyyəsinin sədri İkram Zərbəliyev əbrüşüm ağacları kəsilmiş ərazinin bələdiyyə torpaqlarına aid olduğunu, həmin ağacları kənd sakini X7 tərəfindən kəsildiyini bildirərək bu barədə 10 saylı arayış vermişdir. Ramin Xudatov baxış zamanı və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ilkin izahatında həmin ağacları xəstə atasına dərman almaq üçün kəsdiyini bildirmişdir. Baxış zamanı aşkar olunmuş 02 ədəd əbrüşüm ağacı Ramin Xudatov tərəfindən qanunsuz olaraq kəsilmişdir. 02 ədəd əbrüşüm ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 1100 manat məbləğində maddi ziyan dəymişdir. Nəticədə fakta əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X7 Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat cərimə edilmişdir. Hesab edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN1786205 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Əvvələn qeyd edilməlidir ki, hər bir halda inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək üçün inzibati xətalar haqqında işlər üzrə icraat aparılmalıdır. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM maddə 48). Belə ki, iş materiallarında olan 10 iyun 2024-cü il tarixli AKT-dan görünür ki, İdarənin xx.xx.2024-cü il tarixli 363 və 367 saylı sərəncamlarına əsasən Kürdəmir rayon, Carlı kənd sakini X9 tərəfindən kənd ərazisində ağacların kəsilməsi ilə bağlı şifahi məlumat əsasında həmin tarixdə Kürdəmir rayon Carlı bələdiyyəsinin sədri İkram Zərbəliyevin iştirakı ilə yerində araşdırma aparılmış, araşdırma zamanı Kamil Xudatov yazılı izahat verərək Carlı kəndində yaşadığı evin yaxınlığından keçən beton kanalın yan tərəfində bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində 2 ədəd əbrüşüm ağacının Kürdəmir rayon, Carlı kənd sakini X7 tərəfindən kök boğazından kəsildiyini və onun haqqında qanunamüvafiq tədbir görülməsini bildirmişdir. Əraziyə baxış zamanı həqiqətən də kənd ərazisindən küçən beton kanalın yan tərəfində köküstə yaş halda olan 2 ədəd diametrləri 48 sm və 32 sm olan əbrüşüm-qovaq ağaclarının kök boğazından kəsilərək məhv edilməsi faktı aşkar olunmuşdur. X11 yazılı izahat verərək yaşadığı evin yaxınlığından keçən beton kanalın yan tərəfində Carlı bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində əvvəlki illərdə atası Ərzuman Xudatov tərəfindən əkilmiş əbrüşüm ağaclarından 2 ədədinin tərəfindən kəsildiyini bildirmişdir. Vətəndaş ağacların atasının hal-hazırda xəstə olduğu üçün ona dərman almaq məqsədilə kəsildiyini, bunun qanunsuz olduğunu bilmədiyini, gələcəkdə belə hallarayol verməyəcəyini bildirmişdir. İş materiallarında olan Kürdəmir rayon Carlı bələdiyyəsinin sədri İkram Zərbəliyev tərəfindən verilmiş arayışdan görünür ki, Carlı bələdiyyəsinin inzibati ərazisinə daxil olan Carlı kəndi ərazisində beton kanalın yan tərəfində bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində köküstə yaş halda kəsilmiş 2 ədəd əbrüşüm ağacının Kürdəmir rayon, Carlı kənd sakini X7 tərəfindən kəsildiyini bildirmişdir. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Kürdəmir rayon, Carlı kəndi ərazisində yerləşən kənd bələdiyyəsinə aid olan torpaq sahəsində köküstə yaş vəziyyətdə olan 2 ədəd olmaqla diametrləri 48 sm və 32 sm əbrüşüm-qovaq cinsinə məxsus ağacların kəsilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan 12 yanvar 2025-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası CM-nin 188 və 259.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd olunmuş, Ramin Xudatovun 02 ədəd əbrüşüm ağacı kəsməsi nəticəsində təbiətə vurduğu ziyan az miqdar təşkil etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X1 rayonu, Carlı kəndi ərazisində 2024-cü ilin iyun ayında kənd bələdiyyəsinə məxsus 2 (iki) ədəd yaş ağacın kök boğazından qanunsuz olaraq kəsilməsi faktı aşkar edilmişdir. Odur ki, İXM-in 253.2-ci maddəsi ilə 2000 manat məbləğində cərimə edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 3(041)240/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1786205 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-318/2025 saylı Qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 3(041)240/2025 saylı qərarı ləğv edilərək yenidən araşdırılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, sözügedən ağacların kəsildiyi ərazinin faktiki olaraq bələdiyyə mülkiyyətinə aid olub-olmaması aydınlaşdırılmamış, yuxarıda qeyd olunan sübutlara, eləcə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin araşdırma zamanı göstərdiyi xüsusatlara kifayət qədər ciddi yanaşmadan, Ramin Xudatovun məhkəmə iclası zamanı öz evinin həyətyanı sahəsində özünün atasının iştirakı ilə əkdiyi ağacı kəsməsi ilə bağlı ifadəsi əsas gətirilərək müvafiq ərazinin sonuncunun xüsusi mülkiyyətində olması səbəbindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair nəticəyə gəlinmiş və beləliklə də, iş üzrə səthi qərar qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən qüsurları aradan qaldırmaq üçün sözügedən ağacların kəsildiyi ərazinin faktiki olaraq bələdiyyə mülkiyyətinə aid olub-olmaması barədə Kürdəmir Rayon Mollakənd bələdiyyəsinə məhkəmə sorğusu göndərilmiş, sorğuya cavab olaraq Kürdəmir Rayon Mollakənd bələdiyyəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 31 nömrəli məktubda Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən, X7 tərəfindən kökündən kəsilmiş 2 ədəd ağacın yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmadığı, həmin ərazinin Kürdəmir Rayon Su X2 İdarəsinə aid olması qeyd edilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 3-cü maddəsinə görə bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Qanunun tələbinə görə yalnız xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların kəsilməsi (götürülməsi) inzibati və cinayət məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarına əsasən fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə, fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Hazırki iş üzrə X7 tərəfindən kökündən kəsilmiş 2 ədəd ağacın yerləşdiyi torpaq sahəsi Kürdəmir Rayon Su X2 İdarəsinə aid edildiyindən, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı qanuni və əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hazırki iş üzrə şikayət edilən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN1786205 qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən və bununla bağlı şikayətçi tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən qərar dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 xx.xx.2025-ci il tarixli, MN1786205 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən, həmin qərardan X7 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar