Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-241/2023 02.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1981-ci Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Kürdəmir şəhəri, Bakı prospektində küçəsində, Kürdəmir RPŞ İTB-nin polis nəfəri Zamiq Zeynallı ilə mübahisə edərək sonuncunun ünvanına ucadan qışqırıb nalayiq ifadələrlə onu təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 raportu əsasında xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə göndərilmiş, protokol natamam olduğu üçün məhkəmnin xx.xx.2023-cü il tarixli qərardadı ilə protokol və protokola əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə məhkəmənin qərardadında göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə həmin protokol aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, özü Kürdəmir rayonu Şahsevən kəndində yaşayır. Onun Kürdəmir şəhəri, Bakı prospektində ərzq dükanı vardır. xx.xx.2023-cü il tarixdə o, dükada olakən polis əməkdaşları barəsində olan araşdırma ilə bağlı onu Kürdəmir RPŞ-nə dəvət etdikdə o, getmk istəməmiş əsəbi olduğu üçün polis əməkdaşalrı ilə mübahisə etmiş və onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt onlara yaxın məsafədə yerləşən dkanın qarşısında çoxlu adamlar olmuşdur. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir və bir daha belə hallara yol verməyəcəkdir. O, Zamiq Zeynallıdan üzr istəmişdir. Odur ki, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis nəfəri işləyit. Şəxs Kürdəmirr ayon sakini kimi tanıyır. Nizami barəsində Kürdəmir RPŞ-də olan araşdırma ilə əlaqədar onun Kürdəmir şəhəri, Bakı prospektində olan ərzaq dükanına gedərək onu Kürdəmir RPŞ-nə dəvət etmiş, lakin Nizami əsəbi halda onunla mübahisə edərək onu ucadan qışqırıb nalayiq ifaədələrlə təhqir etmişdir. Həmin vaxtı həmin yerdə olan adamlar Nizaminin ucadan qışqırıb onu nalayiq ifadələrlə təhqir etməsini müşahidə etmişlər. O, da məcbur olub Kürdəmir RPŞ-nə raport ilə müraciət etmişdir. Nizaminin barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra Nizami ondan üzr istəmiş və bir daha belə hallara yol verməyəcəyinə söz vermişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İş materiallarına əlavə ediliş xx.xx.2023-cü il tarixli, AZA 000055 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19.45 inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, həmçinin barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə baxışınadək, yəni xx.xx.2023-cü il, saat 19.45-dən xx.xx.2023-cü il, saat 11.55-dək inzibati qaydada saxlanmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsini tətbiq etməklə ona təyin edilən cərimə cəzasını yüngülləşdirməyi mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 510-cu maddəsinə əsasən fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğində cərimə edilir. İXM-nin 31.4-1-ci maddəsinin tələbinə görə Şəxs inzibati qaydada tutulduğu üçün ona 50 manatın dörddə üçü, yəni 150 manatdan çox inzibati cərimə tənbeh tədbiri tətbiq oluna bilməz. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs inzibati qaydada saxlama müddəti nəzərə alınaraq üzərində qəti olaraq 35 (otuz beş) manat cərimə cəzası saxlanılsın və dərhal zaldan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-241/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-241/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver