Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-242/2023 02.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-01/2019 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-01/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülkiyyətində olan Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən 2.55 ha və 1.277 ha torpaq sahələrindən borclu tərəfin öz vəsaiti hesabına əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və ərazinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmiş, icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə boşaldılmalı olan torpaq sahəsinə gedilsə də, borclu müxtılif bəhanələrlə torpaq sahəsini boşaltmaq, ərazinin əvvəlki vəziyyətə gətirilməsindən imtina etmişdir. İcra sənədini icra etmədiyi üçün xx.xx.2022-ci il tarixdə onun barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Kürdəmir rayon Məhkəməsinin həmin tarixli qərarı ilə inzibati qaydada 500 manat cərimə edilmişdir. Barəsində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq ediləndən sonra da Şəxs icra sənədini icra etməmiş, sökülməli olan evə qaynanasını köçürməklə oradan çıxmaqdan imtina etmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş, izahatı alınandan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədindən məlumatı var və icra sənədindən narazıdır, sözü gedən qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Boşaldılmalı olan evdə qaynanası yaşayır, onun da həmin evdən çıxması barədə məhkəmə qərarı yoxdur. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon Məhkəməsinin 3(041)-158/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-01/2019 saylı icra sənədini icra etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan, xx.xx.2020, xx.xx.2021 və xx.xx.2023-cü il tarixli aktlardan məlum olur ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-01/2019 saylı icra sənədinin icrası borclu Şəxs təqsiri ucbatından mümkün olmamışdır. İş materiallarına icraata başlama haqqında qərarın, tələbin könüllü icrası ilə bağlı borcluya göndərilmiş və təqdim edilmiş bildirişlərin, borclunun Kürdəmir rayon icra və probasiya şöbəsində verdiyi izahatların surəti və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-01/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülkiyyətində olan, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən 2.55 ha və 1.277 ha torpaq sahələrindən borclu tərəfin öz vəsaiti hesabına əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və ərazinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmiş, icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, borclu Şəxs bu günə kimi icra sənədini icra etməmişdir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə verməmiş və onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2023-ci il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-01/2019 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədi üzrə heç bir ödəniş etmədiyini, icra sənədinin icrası ilə bvağlı icra məmurunun tələblərini qsədən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-242/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-242/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver